Statistika
28.03.2021 / 10:27
Pambıq ixracı 20%-dən çox artıb
9771
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pambıq ixracının dəyəri 45,2 milyon ABŞ dolları təşkil edib.
Valyuta.Az bu barədə Gömrük Komitəsinin statistik rəqəmlərinə istinadən xəbər verir.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6 milyon ABŞ dolları və yaxud 20,3 % çoxdur.
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 737 min ABŞ dolları dəyərində pambıq idxal edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 298 min ABŞ dolları və yaxud 28,7 % azdır.
Hesabat dövründə Azərbaycanın pambıq ixracı Azərbaycanın ümumi ixracının 1,62 %-ni təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay