BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8109
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0521
  • 1 İngiltərə funt sterlinqi
    2.0991
9654

Son bir neçə gündə türk lirəsinin dəyərdən düşməsi "Azərbaycanda devalivasiya olacaqmı" sualını yenidən gündəmə gətirdi. Valyuta.Az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirovun fikrinə görə, Azərbaycan cari ildə devalvasiya riskindən sığortalanıb:

“Türk lirəsinin kəskin ucuzlaşmasının Azərbaycanda devalvasiya riskini yaratması kimi qiymətləndirmək düz olmazdı. Təbii ki, qonşu ölkələrin milli valyutalarının ucuzlaşmasının öz təsirləri olur. Lakin bunu qorxulu amil hesab etmək olmaz. Çünki devalvasiyanı şərtləndirən əsas amil tədiyyə balansının vəziyyətidir. Azərbaycanda isə tədiyyə balansının vəziyyətinə neft qiymətləri çox təsir edir, nəinki ətraf ölkələrdə baş verənlər. Buna görə də hazırda neft qiymətlərinin büdcədə nəzərdə tutulduğundan 50-60% daha baha satılması ən azı cari il üçün devalvasiya təhlükəsini sığortalamış olur. Biz o zaman qonşu ölkələrın valyutasının ucuzlaşmasını ciddi təhlükə hesab edə bilərik ki, bu ölkələrdən daxil olan ixrac gəlirlərimiz neft gəlirlərimizdən çox olsun. Hazırda isə manatın dayanıqlığını formalaşdıran gəlirlərimızin çox böyük hissəsi bu ölkə ilə bağlı deyil”,- deyə ekspert vurğulayıb.

İqtisadçının sözlərinə görə, hökumət bu il manatın məzənnə sabitliyinə xüsusi önəm verəcək:

“Ötən ilin sonlarında Mərkəzi Bank 2021-ci il üçün maliyyә sabitliyi olacağını bəyan etmişdi. İstər 2021-ci ilin büdcə strukturundan, istərsə də verilən bəyanatlardan görünürdü ki, hökümət üçün bu il makroiqtisadi sabitlik əsas hədəf olduğundan manatın məzənnə sabitliyinə xüsusi önəm verəcək. Məqsədə nail olmaq üçün fiskal vә monetar siyasәt üzrә effektiv koordinasiya səviyyəsi artırılacaqdır. Eyni zamanda valyuta satışına və axınına məhdudiyyətər tətbiq ediləcək.​ Qeyd etdiyim kimi devalvasiyanı əsas şərtləndirən amıllərdən birincisi tədiyyə balansında yaranan mənfi saldodur. Ölkədən kapital axının baş verməsi də bu saldonu mənfiyə istiqamətləndirən səbəblərdən biridir. Buna görə də hökümmət 2015-ci ildə olan valyuta axınına imkan verməməlidir. Hazırkı vəziyyət, yəni türk lirəsinin kəskin ucuzlaşması ölkədən kapital axını üçün əlverişli mühit yaratmışdır. Təcrübə onu göstərir ki, belə vaxtlarda əlverişli şərtlərlə bu ölkədə daşınmaz əmlak sahibi olmaq istəyənlər çoxalır. Biz bunu yaxın keçmişdə müşahidə etdik”.

Ekspert qeyd edib ki, lirənin ucuzlaşması təkcə kapital axınına stimul verməklə kifayətlənmir, müəyyən qədər ixrac və idxal proseslərinə də təsir edir.

“Belə ki lirənin ucuzlaşması bizim məhsullarımızın orada bahalaşması və rəqabət qabiliyyətinin azalmasına səbəb olur. Amma bu təsir lirənin ucuzlaşmazı göstəricisi qədər olmur. Çünki infilyasiya həcmi devalvasiya bərabərində olmur. Birinci ikincidən daha aşağı dərəcədə baş verir. İdxal zamanı da bu ölkələrdən idxal etdiyimiz məhsullar ucuz başa gəlir. Bu isə daxili bazarda da türk məhsullarının yerli məhsullarımıza qalib gəlməsi üçün fürsət verir. Deməli, lirənin ucuzlaşması Azərbaycanda devalvasiya qorxusu yaratmasa da, Azərbaycan iqtisadiyyatı üçün arzuolunan deyil”,- deyə o bildirib.

İlhamə
Valyuta.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Neta" ən sürətli enerji dolduran hibridi təqdim edəcək (FOTO)

“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?

Cənubi Koreyada saniyələr ərzində enerji yığa bilən batareya yaradıldı

Gömrük komitəsi “Yeni Texnologiyalar”a protokol yazdı

Lotoreyada qazanmağın yolu nədən keçir? - Ekspert məsləhəti

Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi

"Azərsu" məhkəmə qarşısında

"Kia" ilk yük maşınının şəklini yayımladı

Çin son il yarımda ilk dəfə Rusiyaya avadanlıq tədarükünü azaldıb

"Nakhısh" MTK-ya 2 protokol tərtib edildi

Belarus dost olmayan ölkə vətəndaşlarına dividentlərin ödənilməsini məhdudlaşdırdı

Putindən Şoyquya qədər - Fransız şirkəti Rusiya hökumət təyyarələrini təchiz edir

Tanınmış iş adamının şirkəti məhkəmə qarşısında

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırdı

"Tesla" avtomobillərinin qiymətləri endirildi

Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi

Bavariyada otellər və restoranlar kütləvi şəkildə bağlanır: "Hökumətdən artıq heç nə gözləmirik"

Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır

"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı (FOTO)

ADA-da COP29-la bağlı forum keçirildi, Prezident iştirak etdi (YENİLƏNİB)

Bakıda məşhur həkim klinikasını satışa çıxardı (FOTO)

Sığorta ödənişinin verilməsi qaydası dəyişib

İsveçrədə Rusiyanın nə qədər aktivinin bloklandığı açıqlandı

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək ®

"İnter Pazarlama" məhkəmə qarşısında

Xankəndidə ilk körpə doğuldu (FOTO)

Xankəndidə ilk körpə doğuldu (FOTO)

JPCERT: Dünyada 200 mindən çox sayt təhlükə qarşısındadır

Xəzərdə yaradılacaq yeni adalar ölkənin hansı iqtisadi potensialına təsir edəcək? (ŞƏRH)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin