BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
9571

"Bu il daha sürətli iqtisadi bərpa perspektivləri var"

Vaksinlər və əlavə maliyyə təşviqləri 2021-ci ildə daha güclü qlobal böyümə vəd edir.

Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbərinin birinci müavini Ceffri Okamoto deyib.

“Yanvar ayında verilən proqnoza görə, 2021-ci ildə qlobal böyümənin 5,5 % səviyyəsində gözlənilirdi, lakin xüsusilə ABŞ-ın əlavə maddi təşviqlər və aşılamaların yayılması ilə daha güclü böyümə perspektivləri var”, - deyə IMF-nin rəhbərinin birinci müavini deyib.

Eyni zamanda, qlobal bərpanın natamam və qeyri-bərabər qaldığını qeyd edən C.Okamoto: “2020-ci ilin ikinci yarısında gözləniləndən daha güclü bir bərpa olmasına baxmayaraq, bir çox ölkənin ÜDM-si pandemiya öncəsi səviyyələrin altında qalıb”.

Beləliklə, Çin bütün əsas iqtisadiyyatları geridə qoyaraq böhrandan əvvəlki inkişaf səviyyəsinə qayıdıb. Lakin böyümə hələ də balanssız və özəl istehlak investisiyalardan geri qalır. Çindən başqa inkişaf etmiş iqtisadiyyatlarla inkişaf etməkdə olan bazarlar arasındakı uçurumun artdığına dair narahatlıq var.

IMF, inkişaf etməkdə olan bazar iqtisadiyyatlarında və Çin xaricində inkişaf etməkdə olan ölkələrdə adambaşına düşən ümumi gəlirin 2020-2022-ci illəri arasında pandemiyadan əvvəlki səviyyədən 22 % az olacağını təxmin edir. Bu da, pandemiyanın başlamasından bəri təxminən 90 milyon insanı yoxsulluq həddinin altına salacaq.

“Bərpa ilə bağlı qeyri-müəyyənlik son dərəcə yüksəkdir. Səhiyyə böhranının nə qədər davam edəcəyini bilmirik. Peyvəndlərə giriş həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə qeyri-bərabərdir. Aşağı gəlirli ölkələrdə 2022-ci ilə qədər geniş miqyaslı aşılanma olmaya bilər və bu bir problemdir. Pandemiya yalnız hər kəs üçün bitdikdə sona çatacaq”, - deyə C.Okamoto vurğulayıb.

Yanvar ayında IMF, 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu oktyabr ayındakı 5,2 %-dən 5,5 %-ə yüksəldib. IMF-in dünya iqtisadiyyatının inkişafı ilə bağlı yeni proqnozları aprel ayının əvvəlində dərc ediləcək. //Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin