
Azərbaycan startapları ilə potensial investorların görüşü keçiriləcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı "EnterpriseAzerbaijan" portalına daxil olan startapçılarla görüşüb.
Bu barədə Valyuta.Az-a Mərkəzdən məlumat verilib.
Məlumata görə, görüşdə V.Qasımlı bildirib ki, Azərbaycanda startap ekosisteminin inkişafı məqsədi ilə əsaslar yaradılıb: “Biznesə başlamanın asanlığı, startap şəhadətnəməsi əsasında 3 illik vergi tətili, inkubasiya, akselerasiya və kovorkinq platformaları, startaplar üçün mentorluq və maliyyə bazarlarına çıxış imkanları bu sıradadır. Dünyada 3 trilyon dollarlıq startap ekosistemində Azərbaycanın mövqeyini gücləndirilməsi üçün "EnterpriseAzerbaijan" təlimlər keçirir, kikstarter platformalarına çıxışı təmin edir, inkubasiya və akselerasiya platforması kimi xidmət edir. Portal və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində startapları dəstəkləmək üçün onlara aktivlər təqdim ediblər.
Eyni zamanda "EnterpriseAzerbaijan" "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə startapların xarici maliyyə bazarlarına çıxışı üçün birgə layihə gerçəkləşdirir. "EnterpriseAzerbaijan"da akselerasiya prosesində olan "Alma Consulting", özünüməşğulluq çərçivəsində aktivlər alan "Bonpini" və "İnterno", "portalda yerləşdirilmiş "Healthi Story", "İRS Cizgi", "Save Access System", "TezGet" və "VeloKuryer" startapları təqdimatlarla çıxış ediblər.
"EnterpriseAzerbaijan"ın meneceri Pərvin Məmmədzadə bildirib ki, bu yaxınlarda "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi ilə birlikdə Azərbaycan startapları ilə potensial investorların görüşünün keçirilməsi planlaşdırılır: “Məqsəd startapların layihələrinin maliyyələşdirilməsidir. Hibrid, yəni həm onlayn, həm də offlayn formatda olacaq tədbridə banklar, mələk və toxum investorların iştirakı planlaşdırılır".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay