
13 yaşlı uşaqlar üçün platforma yaradılacaq - “İnstagram”dan yenilik
“İnstagram” sosial şəbəkəsində uşaqlara özəl yeni platforma açılacaq.
Valyuta.Az xəbər verir ki, “İnstagram”-ın ən yaxşı meneceri olan Adam Mosseri, şəbəkədə azyaşlı uşaqların inklişafına mənfi təsir edə biləcək məlumatların həddən çox olduğunu bildirib.
A.Mosseri, bu gün valideynlərin narahatlığını başa düşdüklərini diqqətə çatdırıb.
“İnsagram”ı qısa müddətdə uşaqlar üçün tam təhlükəsiz bir hala gətirməyin çox çətin olduğunu deyən menecer qeyd edib ki, bunun əvəzində 13 yaşdan aşağı uşaqlar üçün nəzərdə tutulan və onların rahat istifadə edə biləcəkləri bir yeni platforma yaratmaq daha uyğundur.
Şirkətin rəsmisi əlavə edib ki, şirkət artıq sözügedən layihə üzərində işləməyə başlayıb.
Qeyd edək ki, “Facebook” şirkəti 2017-ci ildə 6-12 yaş arası uşaqlar üçün nəzərdə tutulan söhbət platformu “Messenger”-in "Uşaqlar" versiyasını elan etsə də, bir müddət sonra layuhə uğursuz olduğu üçün ləğv etmişdi.
Kamran Xəlilov
Valyuta.Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay