BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8152
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1198
9461

Azərbaycanda "PayPal" ödəniş sisteminin işləməsi istiqamətində işlər davam etdirilir. Bunun üçün qanunvericilikdə müəyyən məsələlərin əks olunmasına ehtiyac vardır. Bu sistemin ölkədə işləməsi elektron ticarətin genişləndirilməsi üçün vacib amillərdəndir. Ötən il Azərbaycanda bu sahə əvvəlki illərə nisbətən daha dinamik olub. Elektron ticarətin dövriyyəsinin həcmi və internet üzərindən alış-veriş xeyli artıb. Xeyli karqo şirkətlər yaranıb, onların sayı 70-ə çatıb. Yeni internet mağazalar və çatdırılma xidmətləri yaradılıb.

Valyuta.Az xəbər verir ki, bütün bunlara baxmayaraq, 2020-ci ildə ölkəmiz elektron ticarətin inkişafı sahəsində 2 pillə geriləyib. BMT-nin Ticarət və İnkişaf üzrə qurumunun (UNCTAD) illik hesabatına görə, Azərbaycan elektron ticarət üzrə 152 ölkə arasında 65-cı yerdə qərarlaşıb. Öncəki il 63-cü pillədə, 2018-ci ildə isə 68-ci yerdə olub.

Qeyd edək ki, həmin reytinq  hazırlanarkən aşağıdakı göstəricilərdən istifadə edilib:

1. Ölkədə internetdən istifadə vəziyyəti;  
2. Bank xidmətlərinə əlçatanlıq, mobil ödəniş sistemləri; 
3. Təhlükəsiz serverlər, İnternet mağazaların sayı;  
4. Poçtun, çatdırılma xidmətinin vəziyyəti , bağlamaların çatdırılma vaxtı.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Valyuta.az-a açıqlamasında bildirib ki, Azərbaycan  2-ci və 3-cü bəndlər üzrə daha aşağı göstəricilər əldə edib. Geriləmənin səbəblərinə gəlincə, mütəxəssis ölkəmizdə elektron ticarətin inkişafı üçün əsas baza rolunu oynayan qanuvericiliyin uzun müddət yenilənmədiyini deyib:  

“Belə demək mümkünsə, ölkəmizdə rəqəmsallaşma hüquqi islahatlardan daha sürətli gedir. Uzun müddətdir ki, Mərkəzi Bank "Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında" qanun layihəsini hazırlayıb başa çatdıra bilmir. 4-5 il öncə, xatırlayıram ki, bu layihəni Maliyyə Bazarlarına Nəzarət Palatası hazırlamışdı. Sonradan bu qanun layihəsinin təkmilləşməsinə  Mərkəzi Bank sahiblik etdi. Və beləliklə də unuduldu. Görünür ki, burada da maraqlı tərəflər ödəniş sektorundakı üstün və inhisraçı mövqeyin itirilməsindən çəkinərək həmin qanunun qəbulunda maraqlı deyillər”.

O.Gündüz hazırda qüvvədə olan ”Elektron ticarət haqqında” qanuna dəyişikliklər edilməsini də zəruri sayıb. Onun fikrincə, electron ticarətin inkişafı üçün bu qanunun kökündən dəyişilməsi daha doğru olardı: 

“Elektron ticarətin ölkəmizdə inkişafı  üçün müəyyən vergi güzəştlərinin tətbiq edilməsi vacibdir.  Bir müddət ƏDV-dən azad edilməsi daha doğru addım olardı. Eyni zamanda internetin keyfiyyəti artırılmalıdr, infrastrukturun dayanıqlığı təmin edilməlidir, hökumət sistemli tədbirlər həyata keçirməlidir”.

Xatırladaq ki, 2016-cı ildən hökumət internet saytlarından ediləcək onlayn alış-verişlər üçün 18% ƏDV tətbiq etməyə başlayıb. İnternet vasitəsilə elektron kitabların, audio-vizual materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi də iş və xidmət hesab edilməklə ƏDV-yə cəlb edilir. Bu səbəbdən son illər istifadəçilərin xeyli hissəsi Gürcüstanda bank hesabı açaraq onların bank kartlarından istifadə edirlər. 

Millət vəkili Vüqar Bayramov da electron ticarətin vergidən azad edilməsinin tərəfdarıdır. O, valyuta.az-a açıqlamasında bildirib ki, bu sector həm daha sadə ödəniş, həm də qısa zamanda xidmət və malların əldə edilməsi, eləcə də xərclərə qənaət edilməsi baxımından vacibdir: 

“Biz təklif edirik ki, elektron ticarətdə vergi güzəştləri tətbiq olunsun. Çünki bu sahənin stimullaşdırılmasına ehtiyac var. Güzəştlərin tətbiq olunması nəticədə sahibkarların elektron ticarətdən daha çox istifadəsində maraqlı olmasına gətib çıxara bilər. ABŞ-da şirkət yalnız elektron xidmətlər təklif edirsə, satış vergisindən azaddır. Bu da şirkətləri elektron xidmətlər və ticarətlə məşğul olmağa stimullaşdırır”.

V.Bayramov electron ticarətin digər müsbət məqamı kimi iqtisadiyyatın ağardılması və dövlət büdcəsinə daxilolmalarının artmasına müsbət təsir etdiyini vurğulayıb. Çünki ticarətin bu növü vəsaitlərin izlənməsinə və büdcəyə daha çox vəsaitin daxil olmasına imkan yaradır:  

“Bizim qiymətləndirmələr göstərir ki, həmin sahənin irəliləməsinə mane olan fərqli səbəblər var. Əsas amillərədn biri təcrübə və bəyannamələrin tam formalaşmamasıdır. Buna baxmayaraq, pandemiya elektron xidmətlərə tələbi və marağı artırıb. Elektron xidmət göstərən yerli şirkətlərin sayında artım baş verib. Amma inkişaf etmiş ölkələrlə müqayisədə elektron xidmətin miqyasının genişləndirilməsinin vacibliyi üzə çıxır”. 

Millət vəkili həmin şirkətlərin təşviq edilməsi və xüsusən də aşağı faizli kreditərə çıxış imkanlarının artırılmasının da vacib  şərtlərdən olduğunu vurğulayıb. Mövcud  prioritetlər çərçivəsində iqtisadiyyatın bu sahəsinin qısa zamanda inkişafına nail olmağı zəruri hesab edib. 

Zeynəb Vəkil 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Planetin ən təmiz havası bu bölgədədir – Səbəbi bəlli oldu

Neftin qiyməti 130 dollara qalxa bilər - Səbəb nədir?

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir

Yemək və içki həvəskarları üçün Avropanın ən yaxşı şəhərləri (SİYAHI)

Tək səyahət etmək istəyən turistlər üçün 10 qızıl qayda (SİYAHI)

Rusiya əleyhinə sanksiyalar nə qədər davam edəcək? - İqtisadçının təxmini

Maliyyə Nazirliyi rusiyalılara 2024-cü ildə qənaətin yollarını öyrədir

Rusiya qazının avropalı alıcıları siyahısında lider dəyişib

İcra hakimiyyətinin tenderində qanun pozuntusu

"Raiffeisen Bank" ECB-nin Rusiya biznesinin azaldılmasını sürətləndirəcək

Gömrük Komitəsi “Bion Medical”a protokol yazdı

70 dezinformasiya mənbəyi - Kreml Ukraynaya yardımı zəiflətmək üçün nə edir?

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Bakı Baş Səhiyyə Mərkəzi" cərimələndi

Enerji böhranı hər bir Almaniya vətəndaşına ildə 2600 avroya başa gəlir

Aİ ABŞ-ı Rusiyanın aktivlərini əlindən almaq istəməsinə görə qınadı

"Kəpəz İnşaat M" məhkəmə qarşısında

“Ingenuity” Marsdan son mesajını göndərdi

“Azəri Med” gömrük qaydalarını pozmaqda ittiham edilir

“Boston Dynamics” Atlas insanabənzər robotlarını təqaüdə göndərir (VİDEO)

Yağlarla bağlı istənilən ekspertizaya getməyə hazıram - Sədrdən açıqlama

UEFA “Barselona” klubunu cərimələyib

Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə protokol yazıldı

“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib

"AzTrans Car" cərimə edilə bilər – 300 minə yaxın borcu var

Ukrayna müsadirə edilmiş Rusiya aktivlərini hara xərcləmək istəyir?

Gömrük komitəsi daha bir şirkətə protokol yazdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin