Ötən il ölkədə qida zəhərlənmələrinin sayı azalıb - AQTA
Əhalinin sağlam və təhlükəsiz qida ilə tam təmin edilməsi, bununla da qida mənşəli xəstəliklərin nəzərəçarpacaq dərəcədə azaldılması qida təhlükəsizliyinin təmin edilməsi üzrə qarşıya qoyulan hədəflərdən biridir.
Valyuta.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, 2020-ci ildə qida məhsullarının məhvedilməyə məruzqalma sayı təxminən 4 dəfə azalıb.
Bu da onu göstərir ki, qida təhlükəsizliyi göstəricisi 2019-cu ilə nisbətən 74% müsbət istiqamətdə dəyişib.
Qeyd edək ki, ötən il 546 qida zəhərlənməsi faktı aşkar edilib. Halbuki, 2019-cu ildə isə 583 fakt baş qeydə alınıb. Belə aydın olur ki, bir il ərzində zəhərlənmə hadisəsi 37 ədəd, və ya 6,3 faiz azalıb.
Bununla əlaqədar olaraq, qeyd edilən dövr ərzində Agentliyin “1003 Çağrı Mərkəzi” vasitəsilə qida zəhərlənməsi ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan təcili bildirişlər sayı da azalıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay