BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
9344

Dünya neft bazarında tələbatın həcmi koronavirus böhranından əvvəlki səviyyəyə ən tezi 2023-cü ildə qayıdacaq.

Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarının 2026-cı ilədək inkişafına dair hesabatında bildirilir.

Hesabata görə, koronavirus pandemiyası üzündən 2020-ci ildə neftə məcmu gündəlik tələbatın həcmi əvvəlki ilə nisbətən 9 milyon barel az olub. Bununla belə, siyasi tədbirlərin görülməməsi, davranışların dəyişməməsi nəticəsində uzunmüddətli amillərin təsirilə tələbatın artacağı qeyd olunur. 

Belə ki, 2026-cı ildə dünyada neftin gündəlik istehlakı 104,1 milyon barelə çata bilər ki, bu da 2019-cu ilin səviyyəsindən 4,4 milyon barel çoxdur. 

Pandemiyanın uzunmüddətli fəsadaları və az karbonlu enerji mənbələrinin tətbiqi nəticəsində neftə tələbatın pandemiyadan əvvəlki səviyyəyə bir daha qayıtmayacağı ehtimalı olduğu bildirilir. 

Tələbat artımının əsas payı Çin və Hindistana məxsus olacaq.

Hesabata görə, qarşıdakı 5 il ərzində ABŞ-da hasilat həcmi azaldıqca dünya neft hasilatının əsas payı OPEC-ə üzv ölkələrinə düşəcək. Belə ki, OPEC ölkələrində gündəlik hasilat 6 milyon barel artaraq 54 milyon barelə, qeyri-OPEC ölkələrində isə 4 milyon barel artaraq 50 milyon barelə çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin