BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
8981

Dövlət Gömrük Komitəsi son hesabatında 2021-ci ilin yanvar-fevral ayında dövlət büdcəsinə vergi və rüsumların həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 10,5%-lik azalmanın olduğunu bildirib.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Eldəniz Əmirovun Valyuta.Az-a açıqlamasına görə DGK-nın dərc etdiyi bir istiqamət istisna olmaqla, digər bütün daxil olmalarda azalmalar olub:

"Yeganə artımın qeydə alındığı istiqamət aksizlər üzrə göstəricidir. Bu göstərici müqayisə dövrünə nisbətən 3,8% artaraq 20,24 milyon manat təşkil edib. Geriləmə ən çox yol vergisi üzrə daxilolmalarda müşahidə olunub. Bunun da əsas səbəbi pandemiyaya görə sərhədlərin bağlanması, gediş-gəlişə qoyulan məhdudiyyətlər olub. Məhz bu səbəbdən də bu göstərici 19 faizdənn çox azalaraq 5,8 milyon manata qədər enib".

İqtisadçı azalmanın baş verdiyi digər istiqamətlərdən olan gömrük rüsumlarının həcminə də toxunaraq, bildirib ki, bunun da kökündə pandemiyanın mənfi təsirləri durur. Məhz bu təsir səbəbindən gömrük rüsumlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7% -dək azalaraq 158,8 milyon manat təşkil edib.

“Azalma səviyyəsinə görə ƏDV üzrə daxilolmalar mənfi göstərici üzrə ikinci yerdə dayanır. Rezident və qeyri-rezidentlərin fəaliyyətində olan geriləmə ƏDV daxil olmalarına da mənfi təsirini göstərərək onun səviyyəsini 408,55 milyon manata qədər salıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,3%-lik bir geriləmə deməkdir. Bütün bu geriləmə fonunda bu ilin yanvar-fevral ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 593 milyon 404 min manat həcmində vergi və rüsumlar daxil olub. Düşünürəm ki, peyvəndin yaratdığı nikbinlik və iqtisadi aktivliyin növbəti aylarda tədricən artması sayəsində DGK xətti ilə dövlət büdcəsinə daxil olmalarda ilk iki ayla müqayisədə artım dinamikası müşahidə ediləcək”,- deyə o qeyd edib.

İlhamə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Startaplar üçün vençur studiya yaradıldı - Hansı imkanlar var?

MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır

Bakıda “Maşın bazarı”nda etiraz - VİDEO

Daha bir yüksək vəzifəli məmur yola salınır

Sabiq məmur övladlarının Londondakı şirkətləri maliyyə hesabatlarını açıqlayıblar

Aprelin pensiyası bu tarixdə ödəniləcək - RƏSMİ

Bank, yoxsa BOKT: Hansı daha sərfəlidir?

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparır

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparır

Nazir onlara vəzifə verdi

Əmək pensiyası ilə bağlı qanun dəyişir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin