BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
8911

Bakı şəhər Xəzər rayon sakini Kərimov Səid Yusif oğlu dövlət tərəfindən ona kompensasiya şəklində ödənilməli olan 16 milyon manatın Əmlak Məsələləri Dövlət Komitəsi və “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mənimsənildiyini iddia edir.

Valyuta.Az xəbər verir ki, bu barədə Yeniavaz.com-a məlumat verən S. Kərimov bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008–2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamına əsasən, Xəzər rayonunun Qala qəsəbəsində yerləşən, onun da səhmdarı olduğu “Qala Sınaq Təcrübə Bazası” Açıq Səhmdar Cəmiyyətinin yerləşdiyi ərazi plana düşüb. O iddia edir ki, H. Əliyev prospekti – Hava limanı - Mərdəkan yolunun təmir və tikintisi zamanı plana düşən zavodun söküntüsü üçün dövlət tərəfindən ayrılan kompensasiyadan səhmdarlara heç bir vəsait ödənilməyib:

“2000-ci ildə “Qala STB” ASC özəlləşdirməyə getdi. Səhmlər isə səhmdarlar arasında paylandı. Mənim də 15 faiz səhmim var. Bu müəssisə müəyyən müddətdən sonra yol tikintisi ərazisinə düşdüyünə görə sökülmüşdü. Söküntüyə görə bu müəssisəyə kompensasiya ayrılmışdı. Kompensasiyanın məbləği təxminən 107-110 milyon aralığında olub. Bu kompensasiya səhmdarlara ödənilməyib. Əmlak Məsələləri Dövlət Komitəsində şəxsən Şahbazov Rüstəm və Kərəm Həsənov tərəfindən saxta məktub verilərək “Azəryolservis” ASC-ə göndərilib. “Azəryolservis”də bu işlə məşğul olan Faiq Məmmədov tərəfindən iki dəfə pul köçürülmüşdür. Hara köçürülüb? Məlum deyil. Ancaq səhmdarlara pul çatmayıb. Belə məlum olur ki, burada korrupsiya şübhəsi var. Bu pul Kərəm Həsənov, Rüstəm Şahbazov, Faiq Məmmədov və onun bacanağı Yunis Abbasov tərəfindən mənimsənilmişdir. 2011-ci ildən yazdığım şikayət məktublarına heç bir reaksiya verilməyib. Nə şəhər, nə də respublika prokurorluğu tərəfindən bu işə baxılmayıb. Yəqin ki, burada maddi maraq olduğuna görə bu cinayətin üstünü ört-basdır ediblər. Mənə çatacaq kompensasiyanın məbləği 16 milyon manatdır”.

S. Kərimov bildirir ki, “Qala STB” ASC-nin payçısı olduğunu sübut edən qiymətli kağız sertifikatı da hazırda onun özündədir. O, həmin sertifikatın payçıya ödənilən kompensasiya müqabilində qarşı tərəfə verilməli olduğunu, lakin ona heç bir kompensasiya ödənilmədiyi üçün sənədin hələ də onda olduğunu bildirib.

S. Kərimov həmin sertifikatı və bu müddət ərzində müxtəlif dövlət qurumlarına, eləcə də Prezident İlham Əliyevə ünvanladığı müraciətləri redaksiyamıza təqdim edib.

Sözügedən iddialarla bağlı qurumların tələbi əsasında araşdırılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisi Əmlak Məsələləri Dövlət Xidmətinə, “Azəryolservis” ASC-nin hüquqi varisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Baş Prokurorluğa və Maliyyə Nazirliyinə müraciətlər ünvanladıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin