BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
8887

Milli Məclisdə müzakirəyə çıxarılan “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birmənalı qarşılanmayıb.

Valyuta.Az xəbər verir ki, layihədə Əmək Məcəlləsinin 7-ci maddəsinə 2-3-cü və 2-4-cü hissələrin əlavə edilməsi nəzərdə tutulub: 

"2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir:

2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda;
2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə;
2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda;
2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda;
2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda;
2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə;
2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda;
2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda.
2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır".

Məcəlləyə təklif edilən bu dəyişikliklər qəbul edilərsə, hazırda bir çox iş sahələrində, o cümlədən tikinti, məsləhət xidmətləri, media, QHT sektorunda üstünlük verilən mülki hüquqi müqavilələrə (xidməti müqavilə) son qoyula bilər. Bu sahələrdə işçi və işəgötürən münasibətləri əmək müqaviləsi ilə tənzimlənməlidir. 

Bununla bağlı fikirlərini Valyuta.Az-a bölüşən vergi ekspert Vəli Əliyev əmək müqaviləsi bağlamaqla əlaqədar məcburiyyətin digər qanunvericilik aktları ilə ziddiyət təşkil etdiyini deyib:  
“Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.Konstitusiyasının 35-ci maddəsinin 4-cü bəndinə əsasən Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz”.

Ekspert müqavilə azadlığının sahibkarların öz hüquqları reallaşdırması üçün əsas vasitələrdən olduğunu vurğulayıb: “Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir”. 

Sözügedən normaların fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamasına və bu müqavilələrin məzmununu müəyyənləşdirməyə təminat verdiyini deyən V.Əliyevin sözlərinə görə, müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığı verilib.

Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən, əmək müqaviləsi  işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü bəndinə əksini tapmış prinsipə əsaslanaraq  Əmək Məcəlləsinin 42-ci maddəsi  əmək müqavilələrinin  sərbəst bağlandığını və əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəsin əmək müqaviləsi bağlamağa məcbur edilə bilməzliyini tənzimləyir. V.Əliyev vurğlayıb ki, Əmək Məcəlləsinə təklif edilən yeni dəyişikliklər bu prinsiplərlə ziddiyyət təşkil edir: 

“Məsələn, qanun layihəsində qeyd edilir ki, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda əmək müqaviləsi bağlanmalıdır. Fiziki şəxsin, xüsusi ilə intellektual iş ilə bağlı  əmək münasibətlərinə daxil olmaq istəməməsi səbəbindən əmək müqaviləsinin bağlanmasına razı deyilsə, bu həm də konstitusion hüquqdursa niyə təklif olunan dəyişiklik vətəndaşı müqavilə bağlamağa məcbur etməlidir? Bu həm də Mülki Məcəllənin 390-cı (müqavilə azadlığı) maddəsi ilə ziddiyyət təşkil edir”. 

Ekspert xüsusi ilə qeyd edib ki, tikinti şirkətinin fiziki şəxsdən tikinti xidmətinin alması ağlabatan deyil. Lakin kommersiya mübahisələrində ixtisaslaşan hüquq şirkətinin, inzibati mübahisələrdə ixtisaslaşan hüquqşünasdan hüquqi xidmət alması normaldır. Eləcə də bina tikintisi üzrə ixtisaslaşmış mühandis-lahiyələndirmə  xidməti göstərən şirkətin, iri həcmli su qurğularının tikintisi üzrə ixtisaslaşmış mühəndisdən xidmət alması normaldır.   

V.Əliyev hesab edir ki, müzakirə edilən qanun layihəsi mikro sahibkarlıq fəaliyyəti ilə məşğil olan fiziki şəxslərin azad sahibkarlıq hüquqlarını məhdudlaşdırır.

Zeynəb Vəkil
Valyuta.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda dövlətdən ev alanlar - Ən çox bu rayonlardadır

Azərbaycanda bu universitet cərimələndi

Azərbaycanda bu universitet cərimələndi

Mingəçevir Baytarlıq Xidmətinə yeni rəis təyin olundu

Azərbaycanda insanların "WhatsApp" yazışmalarını ələ keçirərək satan şəxs həbs edildi

987 manatlıq qan alınıb - Bu ölkələrdən

Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib

"OpenAI" şirkətin inkişafını ləngitdiyinə görə İlon Maskı məhkəməyə verir

Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir

Elçin Ələkbərli departament rəhbəri təyin edildi

"Bakı Mühəndislik Universiteti"nin nəzdində yeni institut yaradıldı

"Bakı Mühəndislik Universiteti"nin nəzdində yeni institut yaradıldı

Köçkünləri geri qayıtmağa təşviq etmək üçün 1.8 milyon manat ayrıldı

Həyat sığortasına maraq artır - İlk 2 ayda 110 milyon manat yığılıb

Aprel ayının pensiyaları ödənildi

Baş həkim klinikasına lift qoymağa icazə üçün 95 min verdi - Mənimsənildi

Könül Mehdiyeva UEFA-dan təyinat alıb

Bu ölkədən saqqızın kilosunu 50 manata alırıq

AMB kiberdələduzluqla bağlı nəzarətin gücləndirilməsi üçün banklara göstəriş verib

Sabah hava yağmursuz olacaq

Azərbaycanda inflyasiya 6 faizə çatır

Azərbaycanda inflyasiya 6 faizə çatır

2025-ci ilin ən yaxşı hava limanları açıqlandı - SİYAHI

Hansı banklar sistem əhəmiyyətli sayılacaq? - Mərkəzi Bankdan qərar

Murtuza Muxtarovun ev muzeyi yenidən bərpa ediləcək - 7 milyon ayrıldı

Noutbuk istehsalçıları ABŞ-a tədarükləri dayandırdı

Konstitusiya Məhkəməsinin hakimi təqaüdə göndərildi

Natəvan Bayramova vəzifədən getdi

Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR

Bu ixtisaslar üzrə ballar artacaq

Hərbi jurnalistə vəzifə verildi

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin