Redaktor
Azərbaycanın kurort şəhərində dünyada ən sürətlə böyüyən ağaclar əkilir - FOTO
Naftalan şəhərində dünyada ən sürətlə böyüyən ağaclar əkilir.
Şəhər İcra Hakimiyyətindən daxil olmuş məlumata görə, Pavlovniya və ya Adəm ağacı adı ilə tanınan ağaclar dünyada ən sürətlə, ildə 3 metrə qədər böyüyən, havanın çirklənməsinin qarşısını alan bir ağac növüdür.
Hündürlüyü 18-20 metrə qədər uzanan qiymətli ağac cinslərinə aiddir. 100 ilə qədər yaşayır. Mebel, musiqi alətləri istehsalı, bəzək əşyaları istehsalı və ən əsası keyfiyyətli kağız istehsalı kimi bir çox sahədə uğurla istifadə edilə bilən qiymətli bir materialdır.
Çiçəklərində bol bal ekstraktı olduğundan arıçılar onu bal gətirən ağac kimi əkirlər, gülləri nektarla zəngindir, alınan bal şəffaf və ətirlidir.
Pavlovniyadan yüksək keyfiyyətli Pellet yanacağı əldə etmək olur ki bu da istilik enerjisinin ekoloji təmiz alternativi olan bioyanacaqdır. Ən önəmli özəlliklərindən biridə ağac qırılmasına və ya kəsilməsinə baxmayaraq 5 dəfə yenidən eyni ölçüdə böyüməsidir.
"Əminik ki, günü-gündən gözəlləşən Naftalanımızda bu cür nadir ağac növlərindən sayılan Pavlovniyanın da olması həm şəhər əhalisinin, həm də şəhərimizə gələn çoxsaylı turistlərin böyük marağına səbəb olacaq. İlkin mərhələdə 300 ağacın əkilməsi planlaşdırılır. Şəhərdə görülmüş digər işlərlə yanaşı müxtəlif növ dekorativ ağacların əkilməsi də şəhərin füsunkar görüntüsünə rəng qatır. Kurort şəhəri Naftalanda ümumilikdə yaz mövsümündə 3000-dən çox ağac eldar şamı, evkalipt, göyrüş ağacları əkiləcək",- məlumatda deyilir.
{gallery}
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİşdən icazə almaq asanlaşdı - YENİLİK
11.11.2025Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR
11.11.20252026-cı il tətilləri üçün Avropanın ən az qiymətləndirilmiş 5 şəhəri açıqlandı
11.11.2025"Akkord" a məxsus şirkətin vergi borcu yaranıb
11.11.2025Deputatdan gəlir vergisi ilə bağlı təklif
11.11.2025Bir dövrün sonu: Məşhur milyarder vəzifəsini tərk edir
11.11.2025Sabahın hava proqnozu
11.11.2025Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ
11.11.2025Ən az və ən çox ipoteka kreditini bu banklar verib - CƏDVƏL
11.11.2025Neftimizin qiyməti ucuzlaşıb
11.11.2025İstirahət günlərində insanlar daha çox hansı rayonlara getməyi üstün tuturlar?
11.11.2025Uorren Baffet 1,3 milyard dollardan çox pulu xeyriyyə fondlarına bağışlayacaq
11.11.2025Niyə hər sahibkar bir dəfə batmalıdır? - SƏHƏR OXUSU
11.11.2025
Gözəllik salonlarında ödənişdə hansı bankın kartı qazandırır?
10.11.2025Balansında vəsait olmayanlar avtobusda bir dəfəlik keçiddən necə istifadə edəcəklər?
10.11.2025ABŞ-da dünyanın ilk tam şəffaf monitoru təqdim edildi
10.11.2025Qlobal planşet bazarında son vəziyyət: Kim daha çox satıb?
10.11.2025