BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
8833

Hazırda Azərbaycanda kişilərdə pensiyaya çıxmaq yaşı kişilərdə 65 yaş, qadınlarda isə 62 yaşdır.

“Əmək pensiyaları haqqında” qanunun tələblərinə görə, pensiyaya çıxmaq yaşı bundan sonra kişilərdə dəyişməyəcək. Qadınlarda isə 2027-ci ilədək hər il altı ay artırılaraq 65 yaşa çatdırılacaq.

Məlumat üçün bildirək ki, əmək pensiyaları hazırda 2 hissədən ibarətdir: Sığorta və yığım hissələr.

Sığorta hissəsi -  hər bir şəxs işlədiyi dövrdə Dövlət Sosial Müdafiə Fondunda onun adına açılan fərdi hesaba aldığı əməkhaqqından məcburi sığorta ödənişləri edilir. Bu vəsait pensiya kapitalı hesab olunur. 

Yığım hissəsi isə fərdi hesaba yığılan könüllü ödənişlər əsasında formalaşır. Ancaq qeyd edək ki, hazırda bu sistem tətbiq olunmur.

Əmək pensiyası necə hesablanır?

65 yaşı tamam olan şəxsin (qadınlarda hazırda 62 yaş) pensiya ala bilməsi üçün fərdi hesabında toplanan vəsaiti, yəni pensiya kapitalı minimum səviyyədə olmalı, ya da ən azı 25 il iş stajı olmalıdır.

Pensiya kapitalının minimum səviyyəsi isə minimum pensiya məbləğinə uyğun müəyyənləşir. Azərbaycanda hazırda minimum pensiya məbləği 200 manatdır. Bu məbləği gözlənilən pensiya ödənişi müddətinə (144) vurduqda 28 min 800 manat edir. Yəni, pensiyaya çıxmaq üçün pensiyanın sığorta hissəsində ən azı 28 min 800 manat olmalıdır, ya da 25 il iş stajı olmalıdır. Bu iki şərtdən biri olmadığı təqdirdə insanlar 65 yaşına çatsa belə əmək pensiyası ala bilməyəcəklər. 

Qeyd edək ki, gözlənilən pensiya ödənişi müddəti və pensiya kapitalı sabit deyil. Azərbaycanda gözlənilən pensiya ödənişi müddəti gözlənilən orta ömür uzunluğundan pensiya yaşının çıxılması ilə müəyyən olunur. Açıqlanan son məlumata görə Azərbaycanda gözlənilən orta ömür uzunluğu kişilər üçün 73,2 yaş, qadınlar üçün 77,8 yaş təşkil edir. Bu yaşdan pensiya yaşını çıxdığımız zaman kişilər üçün gözlənilən pensiya ödənişi müddəti 8,2 il (97,2 ay), qadınlar üçün gözlənilən pensiya ödənişi müddəti 15,8 il (189,6 ay) olur və nəticədə Azərbaycanda gözlənilən pensiya ödənişi müddəti 12 il (144 ay) edir. Gələcəkdə qadınlarda pensya yaşının artması və gözlənilən orta ömür uzunluğunda qeydə alınacaq dəyişikliklər gözlənilən pensiya ödənişi müddətinin dəyişməsinə səbəb olacaq.

Eyni zamanda minimum pensiya məbləğinin dəyişməsi də minimum pensiya kapitalının (28 800 manat) dəyişməsinə səbəb olacaq. Məsələn, əgər minimum pensiya 300 manat olarsa, o zaman pensiyaya çıxa bilmək üçün pensiyanın sığorta hissəsində ən azı 43 min 200 manat olmalıdır.

İnsanlar pensiyaya çıxdıqdan sonra nə qədər pensiya alacaqlarını isə fərdi hesablarında toplanan pensiya kapitalını  gözlənilən pensiya ödənişi müddətinə bölməklə müəyyən edə bilərlər. Məsələn, 65 yaşı tamam olan bir şəxsin fərdi hesabında 35 min manat pensiya kapitalı yığılıbsa, o zaman həmin şəxs ayda 243 manat (35000/144) pensiya alacaq. //Yeniavaz.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yumurta ixracının artması Türkiyədə qiyməti 2 dəfə bahalaşdırıb

Qarabağ bölgəsində 150 ​​min yeni iş yeri açılacaq

Sabiq nazir müavininə Naxçıvanda yüksək vəzifə verildi

Kokosu bu ölkədən alırıq - 1 kiloqramını 3 manatdan

Ölkədə ilk smart televizor istehsal ediləcək

“Bank VTB Azərbaycan”ın rəhbərlərindən biri bankdan ayrılır

Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək

“Microsoft” tədris proqramını istifadəyə verib - İstənilən şəxs pulsuz iştirak edə biləcək

Yeni rüsum müəyyənləşdi - 100 manat tutulacaq

Paytaxtın bu ərazisində su olmayacaq

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Restoran və şadlıq saraylarının sahiblərinə xəbərdarlıq

Birbank QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın®

2 bal və 60 manat cərimə - DYP xəbərdarlıq etdi

Gömrük Komitəsində əməliyyat - Vəzifəli şəxslər həbs edildi

Birləşdirilən institutlarda ixtisarlar olacaq? - Nazirdən CAVAB

Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq

İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib

DİM imtahanları yoxlayan markerlərə 1 milyon manat əməkhaqqı ödəyib

Tramp Çini hədələdi: “Əgər gömrük rüsumunu geri çəkməsə...”

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

Azərbaycandakı gizli qumar dünyası necə işləyir?

Bu tarixdə Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Onların pensiya yaşı 20 ilədək azaldılır - DSMF açıqladı

3 milyonluq MMC bir ili tamam olmadan ləğv olundu

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Neftimizin qiyməti 68 dollara düşüb

Dünyada boşanma sayının ən yüksək olduğu 10 ölkə - SİYAHI

Bir CEO hər şeyi dəyişə bilər?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin