
10.03.2021 / 13:42
\"Tax free\" ölkəmizə gələnlərə 9 mln. manat vəsait qaytarıb
8815
"Tax free" sisteminin tətbiqinə başlandığı dövrdən xarici vətəndaşlara indiyədək 9,061 mln. manat məbləğində alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması həyata keçirilib.
Valyuta.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Hesabatda qeyd edilir ki, 2016-cı ildə 688,9 min manat, 2017-ci ildə 2,039 mln. manat, 2018-ci ildə 2,396 mln. manat, 2019-cu ildə 3,275 mln. manat, 2020-ci ildə isə 661,9 min manat vəsait müştərilərə qaytarılıb.
Qeyd edək ki, "ƏDV geri al" layihəsi çərçivəsində isə bu günədək vətəndaşlar tərəfindən 132 milyondan çox kassa çeki barədə məlumat qeydə alınıb və təsdiq olunan çeklər üzrə təqribən 47,2 mln. manat ƏDV məbləği geri ödənilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay