BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
8813

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri çərçivəsində Vətən müharibəsi qazilərinin mühərrikli təkərli oturacaqlarla təminatına başlanılıb.

Valyuta.az xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində Vətən müharibəsində yaralanmış qazilərimiz – Abdulla Abdullayev, Camal Alxasov, Natiq Salahov, Vüqar İbrahimov və İntiqam Əkbərov mühərrikli təkərli oturacaqla təmin ediliblər.

Tədbirdə agentliyin sədri Cavid Əbdül-Qədirov Prezident İlham Əliyevin müharibə iştirakçılarına xüsusi qayğısının təzahürü olaraq, qazilərimizlə bağlı genişmiqyaslı dəstək tədbirlərinin həyata keçirildiyini vurğulayıb: "Dəstək tədbirləri sırasında müharibədə yaralanmış qazilərimizin reabilitasiya xidmətləri və reabilitasiya vasitələri ilə təminatı mühüm yer tutur. Son iki ildə 11 reabilitasiya və sosial xidmət müəssisəsi istifadəyə verilib. Qazilərimizə keyfiyyətli reabilitasiya xidmətləri göstərilməsi üçün müasir infrastruktur yaradılıb".

Agentlik sədri, qazilərin ötən ilin dekabr ayından yüksək texnologiyalı protezlərlə təminatına başlandığını diqqətə çatdırıb: "Artıq 15 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib. Postmüharibə dövründə 210 qaziyə isə 1220 reabilitasiya vasitəsi verilib. Eyni zamanda, müharibədə yaralanmış qazilərimizin də mühərrikli təkərli oturacaqlarla təminatına başlanır. İlk mərhələdə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlilliyi olan şəxslərə, sonrakı mərhələdə digər əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaqlar təqdim olunacaq".

Cavid Əbdül-Qədirov sonda qeyd edib ki, yeni təkərli oturacaqlar mühərrik əsasında işləyir və əlilliyi olan şəxslərə kənar şəxsin köməyi olmadan sərbəst hərəkət etmək imkanı yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu yerlərdə YDM-lərə icazə verilməyəcək - QƏRAR

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

"Apple"ın iOS 19 dizaynı necə olacaq? (VİDEO)

Əyləncəli və rahat: Bu il uşaqlarla tətil üçün Avropanın ən yaxşı şəhərləri

Prezident onu rektor təyin etdi - Sərəncam

Ən çox şikayət olunan avto-icbari sığorta şirkətləri - "Paşa Sığorta" yenə birincidir

“Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır”

Xanlar Vəliyevi kim əvəz edir?

Bu şəxslər hərbi xidmətə çağırılmayacaq - RƏSMİ

Trendyol Group-un vitse-prezidenti Azərbaycandakı hədəflərindən danışdı

Sığorta ödənişlərinə görə TOP 5 şirkət - Kim daha çox ödəyib?

Sığorta ödənişlərinə görə TOP 5 şirkət - Kim daha çox ödəyib?

Sosial şəbəkələrdə təklif edilən kreditlər nə dərəcədə etibarlıdır? - AÇIQLAMA

Bu yağ da saxta çıxdı - Marketlərdən yığışdırılır - FOTO

Azərbaycanda 2025-ci ilin inflyasiya proqnozları –hansı təşkilat daha uzaqgörəndir?

"Fitch" pessimist proqnozu artırır

Bu mədrəsə MMC-yə çevrilir

“Bakı Kart”ın operatoru nizamnamə kapitalını azaldır

Metroda “Əhmədli”dən “Dərnəgül”ə necə gedəcəyik? – Rəsmi AÇIQLAMA

Konstitusiya Məhkəməsinin hakimi yola salınır

ABŞ-da xaos: Limanları idxal olunan avtomobillərlə dolub

Dünyanın ən bahalı şirkəti məlum oldu: "Apple" birinciliyini itirdi

ADB 2026-cı ilə qədər Azərbaycanın dövlət büdcəsinin kəsirinin azalmasını gözləyir

Kiçik kitab mağazası açmaq üçün nə qədər maliyyə lazımdır?

Kiçik kitab mağazası açmaq üçün nə qədər maliyyə lazımdır?

“Aqroservis”in həbsdə olan sabiq vəzifəli şəxsinə hökm oxunub

Azərbaycan şirkətinə əlavə maya qoyuldu - 143 milyonu keçdi

Sabah Bakıda yağış yağacaq

İlham Əliyev VII ADA Siyasi Forumunda çıxış edir (Yenilənib)

İlham Əliyev VII ADA Siyasi Forumunda çıxış edir (Yenilənib)

Alman maşınları bahalaşdı - Bazarda son vəziyyət

Prezident: COVID zamanı biz 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdıq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin