
Çörək bahalaşmasın deyə.... - HÖKÜMƏTDƏN QƏRAR
Nazirlər Kabinetinin müəyyən etdiyi həcmdə dövlət ərzaqlıq buğda ehtiyatlarının yaradılması məqsədilə əsasən yerli istehsalçılardan, zərurət yarandıqda isə idxal yolu ilə yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükü sahəsində işlər davam etdirilib.
Valyuta.Az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Sənəddə qeyd edilib ki, yerli taxıl bazarında unun, həmçinin çörəyin bahalaşması risklərini təhlükəsiz idarə etmək məqsədilə və belə halların qarşısını almaq üçün dövlət ehtiyatı kimi saxlanılan və saxlama müddəti başa çatmış buğdanın qiymət sabitliyinin saxlanılması üçün mart ayının əvvəllərindən istifadəyə buraxılmasına başlanılıb. Nəticədə həmin dövrdə unun topdansatış qiymətlərində heç bir dəyişiklik olmayıb. Dövlətin taxıl ehtiyatları hesabına daxili bazara müdaxiləsi süni qiymət artımının qarşısının alınmasına imkan verib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay