
09.03.2021 / 20:14
\"Pensiyaya 10 il qalmış işdən çıxarmaq qadağan olunsun\" - Ombudsman
8752
Ombudsman vətəndaşların pensiyaya çıxmasına müəyyən müddət qaldıqdan sonra onların işdən çıxarılmasının qadağan edilməsini təklif edib.
Bu tövsiyə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə işçilərin ixtisarı zamanı pensiya yaşının çatmasına azı 5-7 il qalmış işçilərin əmək və sosial təminat hüquqlarının müdafiəsi məqsədilə yaşa görə əmək pensiyası yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması və bununla bağlı Əmək Məcəlləsinin 79-cu maddəsinə müvafiq əlavələrin edilməsi təklif olunur. //Qafqazinfo
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay