BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
8747

İndiyədək işğaldan azad edilən 8 rayon üzrə 102 yaşayış məntəqəsində inventarlaşma işləri yekunlaşıb. 11 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir. 

Valyuta.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Şamil Abdullayev məlumat verib. 

Onun sözlərinə görə, 8 rayon üzrə 273 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilib: “İşğaldan azad olunmuş ərazilərdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın ilkin inventarlaşdırılması işinin təşkili məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Gəncə şəhərində və Füzuli rayonunun Horadiz qəsəbəsində yerli qərargahlar yaradılıb. İnventarlaşdırma nəticəsində əldə ediləcək məlumatların kameral qaydada işlənməsinin təmin edilməsi üçün Bakı şəhərində mərkəzi qərargah da qurulub. Ötən müddət ərzində işğaldan azad edilmiş rayonlardan 8-i üzrə ümumilikdə, 8 618 əmlakın  çöl inventarlaşma işləri tamamlanıb. Onlardan 6 911-i daşınmaz əmlak, 1 707 ədədi isə infrastruktur obyektidir”.

Ş.Abdullayev əlavə edib ki, həmin rayonlarda infrastruktur obyektləri üzrə 299 km avtomobil yolunun, 115 km elektrik verilişi xəttinin, 35,8 km qaz təchizatı xəttinin, 3 km su təchizatı xəttinin, 31,3 km suvarma şəbəkəsinin və 171.653 ha torpaq sahəsinin inventarlaşdırılması işləri başa çatdırılıb: “Qarşımızda duran əsas vəzifələr torpaqların elektron kadastr və kəmiyyət uçotu işlərinin aparılması, torpaqların uqodiyasına (təsərrüfat yerinə), məqsədli təyinatına və hüquqi rejiminə uyğun kadastr məlumat bazasının yaradılması, torpağın keyfiyyətinin yoxlanılması və s. işlərdir”.

Zeynəb Vəkil
Valyuta.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan kiloqramı 17 manatdan ilbiz alıb

Deputatın şirkətinə 500 manatlıq sifariş

Çinin yeni sürprizi: USB-C-ni belə kölgədə qoyacaq kabel standartı - GPMI

Qusarın dağ kəndinə 1 milyon manatdan artıq turizm yatırımı

Dövlət qurumlarına avtobus satan şirkətin sahibinə “stop” qoyula bilər

55 avtomobil cəmi 123 000 manata - Növbəti avtomobil hərracı keçiriləcək

İsveç saatlarının idxalına nə qədər xərclənib?

Trampın "90 günlük fasilə"si və Çin üçün daha da artırılan faizlər

Bu ölkə Azərbaycana kiloqramı 32 manatdan dondurma satır

AİB Azərbaycanda büdcə kəsirinin azalmasını proqnozlaşdırır - Hansı sektorlar qazanacaq?

Braziliya əlavə tariflərdən yayınmağa çalışan "Apple"ın yeni istehsal bazası ola bilər

Banklar vətəndaşın etibarını necə qazansın?

Banklar vətəndaşın etibarını necə qazansın?

İntellektual təhdid: "ChatGPT"yə danışılmaması tövsiyə olunan 5 məsələ

DTA Avropada yol şoularına 800 mindən çox ayırdı

"Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır” – Bina sakini

3 manatdan 700 manata - Gün eynəklərinin "qış ixracı"

Nazir onu direktor təyin etdi

Nazir onu direktor təyin etdi

2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət

Bu universitet 1 gündə 2 tender elan etdi - İnfrastruktur yenilənəcək

​"Azsement LTD"nin borcu 250 mini ötdü

Himalay Məmişova iki 35 yaşlı müşavir təyin olundu (FOTO)

Qadınların pensiyaya çıxması qaydası dəyişir - DETALLAR

“Seyfulla & Kövsər” MMC-nin və “Akyol İnternational” MMC-nin istehsal etdiyi dəri tullantılarında infeksiya çıxdı - FOTOLAR

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Bu yerlərdə YDM-lərə icazə verilməyəcək - QƏRAR

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

"Apple"ın iOS 19 dizaynı necə olacaq? (VİDEO)

Əyləncəli və rahat: Bu il uşaqlarla tətil üçün Avropanın ən yaxşı şəhərləri

Prezident onu rektor təyin etdi - Sərəncam

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin