BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
8702

2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri Nadir İsmayılov hakim qarşısına çıxarılıb.

Məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutub.

Məlumata görə, iş üzrə 4 nəfər zərərçəkmiş var. Onlardan biri tanınmış iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdur.

Nadir İsmayılov Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

N.İsmayılov 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə “Zaminbank” ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanır.

Onun ayrı-ayrı şəxslərə qarşı 5 milyon 175 min manatlıq dələduzluq etdiyi də bildirilir.

N.İsmayılov Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və dələduzluq maddələri ilə ittiham edilir.

Martın 5-də baş tutan məhkəmədə zərərçəkmişlərdən yalnız İsfəndiyar Axundov iştirak edib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, İ.Axundov əvvəlcə Nadir İsmayılovla münasibətlərindən danışıb. Deyib ki, Nadir İsmayılovla dost olub, illərlə birlikdə çörək kəsiblər.

Daha sonra İsfəndiyar Axundov hadisələrin bu yerə gəlib çatmasının səbəblərini danışıb.

O deyib ki, 2012-ci dövlətin ən yüksək vəzifəli məmurları onu görüşə çağırıb. Səbəb isə həmin illərdə tikinti sektorunda baş verən xaos olub. Həmin ərəfədə minlərlə insan MTK-lardan ev almaq istəyərkən aldadılmışdı.

İ.Axundov ifadəsində bildirib ki, görüşdə fövqəladə hallar naziri, daxili işlər naziri, baş prokuror və Bakı meri Hacıbala Abutalıbov olub.

"Bildirildi ki, 1036 nəfər aldadılıb. Onların narazılığını həll emək lazımdır. Narazı insanları müxalifət öz tərəfinə çəkə bilərdir. Seçki ərəfəsi idi və ölkədə gərginlik ola bilərdi. Mənə dedilər ki, vergidən azad ediləcəyəm və dövlət də dəstək göstərəcək. Mən də bu işi görməyi öz öhdəmə götürdüm. Dedim ki, mən də bu dövlətin bir əsgəriyəm"- deyə İ.Axundov qeyd edib.

İ.Axundov daha sonra Nadir İsmayılovla aralarında yaranmış qalmaqal haqda danışmağa başlayıb.

Deyib ki, görüləcək işlərlə bağlı Nadir İsmayılovun dəstəyi ilə kredit götürüb.

"Ümumi 10 milyon razılaşdırıldı. 5 milyon mənə verildi. 5 milyon da onda qaldı, bankda depozitə qoydu. Mən həmin krediti 10 ilə qaytarmalı idim. Sonra Mərkəzi Bank dedi ki, gətir pulu qaytar.

Əslində indi burda Nadirin baş mühasibi oturmalı idi. 6 milyon ödəmişəm. Amma həmin adam kreditə ödəməyib. Sənədlərdə yazılıb ki, pul hesaba ödənilib. Əslində isə kreditə ödənildiyi yazılmalı idi.

Sonra məlum oldu ki, 10 milyonluq kreditin hamısı mənim adıma yazılıb. Artıq problemlər yaranmağa başalyırdı. Özü ilə danışdım. Nadir mənə dedi ki, pulu ödəməsəm, obyekt əldən gedəcək. Mənə dedi ki, 80 milyon alacağı var və alan kimi mənim pulumu verəcək. Amma vermədi. Mən də buna inanmışdım.

Sonra dedi ki, onda qalan 4 milyonu da mən gətirib ödəyim. Bunu da ödədim. Amma Mərkəzi Bank çağırdı ki, həmin pulu "Zaminbank"a yox, onlara ödəməliyəm. Mənə dedilər ki, sən aldadılmısan. Dövlətə kömək edəcəyim yerdə gəlib bataqlığa düşdüm"- deyə İ.Axundov bildirib.

İ.Axundov qeyd edilən 10 milyonluq kreditə görə 12 milyon 800 min ödəniş etdiyini deyib.

Nadir İsmayılova etibarının olduğunu deyən İsfəndiyar Axundov bildirib ki, kredit ayrılanda heç bir sənədə imza atmayıb:

"İllərlə çörək kəsmişik, etibar eləmişəm, savadsızlığımdan istifadə ediblər".

Məlum olub ki, İ.Axundova kredit ayrılan zaman ona məxsus "Flaminqo" restoranı, "milyonerlər məhəlləsi"ndəki villası girov qoyulub.

Bundan sonra Nadir İsmayılov danışıb və İsfəndiyar Axundova əvvəlcə barışıq təklif edib: "Mən əvvəlcə təklif edirəm ki, İsfəndiyar müəllim şikayətini geri götürsün və öz aramızda həll edək. Əks halda həqiqətləri açıb deyəcəm".

İsfəndiyar Axundov etiraz edib və deyib ki, 25 milyonluq işi batmaq üzrədir: "Mənim başıma oyun açdılar. O vaxt dedim ki, heç olmasa "Flaminqo"nu çıxarsınlar, amma onu da etmədilər. Mən onunla çörək kəsmişəm. Mənə izah etsəydilər, kömək edəcəkdim. Amma məni aldadıblar. Mən bilmirdim ki, obyektlər Mərkəzi Banka girov qoyulub".

Nadir İsmayılov bildirib ki, əgər İsfəndiyar Axundov barışığı qəbul eləməsə, həqiqətləri danışmağa başlayacaq.

İ.Axundov da Nadir İsmayılovla etiraz etməyib: "Danış, nə bilirsənsə, danış".

Nadir İsmayılov ifadəsinə belə başlayıb:

"İsfəndiyar Axundov danışır, amma bəzi məqamları dəqiq danışmır. Bir gün mənə dedi ki, 75 min kvadrat evlərini, 16 mərtəbəli binasını, Tbilisi prospektindəki obyektini əlindən alıblar. Bu hadisələr 2012-ci ildə baş verirdi. İndi ad çəkmək istəmirəm. O zaman kimlər nələr edirdi...

Mən gördüm ki, İsfəndiyarın vəziyyəti pisdir. Ona kömək məqəsədi ilə kredit ayırmağı təklif etdim. İşlərini yoluna qoysun deyə. Deyirdim ki, iş gör, səni batırmaqlarına imkan vermə.

Bütün bu söhbətlərə İsfəndiyar müəllimin qudası Məhərrəm Sadıqov da şahiddir. Çağırarsınız, o da gəlib ifadə verər.

10 milyonun 5 milyonu qalmışdı. Amma həmin 5 milyonun, İsfəndiyarın götürmədiyi pulun faizini mən ödəyirdim. Çünki Mərkəzi Bank pulu "Zaminbank"a vermişdi. 10 milyonun faizi "Zaminbank"ın müxbir hesabından silinirdi. Sonra qalan 5 milyonu hissə-hissə özü götürdü.

Mənim yanımda oğlu Mehman ilə danışıb. Türkiyədə bina tikmək istəyirdilər. Oğluna 2 milyon lazım idi. Oğluna dedi ki, Nadir əminin yanındayam, pulu verir. Oğluna dedi ki, adamları göndər, gəlib aparsın".

Nadir İsmayılov bu ifadələri verən zaman emosional danışıb və hirslənib. O söyləyib ki, bu qədər haqsızlığa dözə bilmir:

"Mən susdum, amma gördüm ki, günahsız yerə həbsdə qalıram. Artıq 8 aydır ki, hənsxanadayam. Əlim-qolum bağlı qalıb.

Məndə səs yazıları, görüntülər var. Telefon danışıqları var. Hamısını gətirib ortaya qoyacam. Tutulmamışdan iki gün əvvəl də İsfəndiyar müəllimlə görüşdük, danışdıq, öpüşdük. Sonra da məni tutdular".

Sual-cavablardan məlum olub ki, "Zaminbank"da İsfəndiyar Axundovun xanımının adına hesab olub. Həmin hesaba 4.5 milyon pul qoyulub və kreditin bağlanmasına yönəldilib.

Nadir İsmayılov deyir ki, Həmin pulu hesaba özü köçürüb. İsfəndiyar Axundov isə deyir ki, həmin pulu özü ödəyib.

İsfəndiyar Axundov orta təhsilinin belə olmadığını, buna görə də Nadir İsmayılov tərəfindən aldadıldığını vurğulayıb.

Amma N.İsmayılov bununla razılaşmır: "İsfəndiyar müəllim ölkədə ən böyük kapitalı olan iş adamlarından biridir. Böyük biznes şəbəkəsi var. Onun bir sənədə imza atmaması, ondan xəbərsiz sənədləşmə aparılmasına necə inanmaq olar? Kredit müqaviləsi üç tərəf arasında imzalanıb. "Zaminbank", İsfəndiyar Axundov və Mərkəzi Bank arasında".

Suallar zamanı İsfəndiyar Axundov bildirib ki, hazırda əmlaklarını girovdan çıxara bilmir.

Nadir İsmayılov söyləyib ki, İsfəndiyar Axundovun Mərkəzi Banka 5 milyon borcu qalır. Kreditin yarısından çoxunu ödədiyi üçün "Flaminqo" restoranını girovdan çıxara bilər.

Məhkəmə araşdırması davam edir. Növbəti prosesə İsfəndiyar Axundovun epizodu üzrə dindirilmələr davam edəcək.

Xatırladaq ki, N.İsmayılovun adı başqa bir cinayət işində də keçirdi. Həmin işdən sonra Nadir İsmayılovun əməlləri barədə araşdırma aparılmağa başlanmışdı.

Belə ki, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovdan şikayət etmişdi.

Elnur Məmmədov Rövşən Heybətova 200 min manat pul verərək Türkiyəyə aparmasını istəmişdi. R.Heybətov Türkiyədə hücuma məruz qaldığını, pulun oğurlandığını bildirirdi.

Lakin Elnur Məmmədov buna inanmayaraq R.Heybətovdan şikayətçi olmuşdu.

Bu cinayət işi üzrə məhkəmə araşdırması davam edən zaman Nadir İsmayılov məhkəmədə şahid qismində dindirilmişdi.

Həmin prosesdə N.İsmayılov barəsində qanunsuz köçürmələrə görə araşdırma aparıldığı üzə çıxmışdı.

//Musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin