BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
8701

Hazırda Bakıda formalaşan 53 bələdiyyənin heç birinin mülkiyyətinə nə əmlak, nə də torpaq verilməyib. 

Valyuta.Az xəbər verir ki, bu barədə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciətində məlumat verib. Onun sözlərinə görə, torpağın bələdiyyələrə verilməsi üçün şəhərin kadastrı başa çatdırılmalı idi.

“İyirmi ildir ki, kadastr-yəni paytaxtın yeraltı və yerüstü kommunikasiya xətlərinin planı hələ də müəyyən edilməyib. Məhz bu səbəbdən bələdiyyələrə mülkiyyətin verilməsi ləngiyir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, bir müddət sonra isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin ləğvi bələdiyyələrdə bu prosesin tezliklə başlanılacağına ümidi artırsa da, irəliləyişin olmaması yerli orqanlarda çalışanların bu sahəyə qarşı olan incikliyini daha da artırır. Bakı və ətraf qəsəbələrdə inzibati əraziləri ayırmaq mümkün deyil. Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyələrin yuxarıda söylənilən probleminin həllinə səy göstərməməsi və ya illər boyu ləngitməsi bələdiyyələrin haqlı narazılığına səbəb olur” - deyə V.Tofiqli müraciətində bildirib.

V.Tofiqli qeyd edib ki, Suraxanı, Sabunçu, Xəzər, Xətai, Binəqədi və Səbail rayonlarında formalaşan bələdiyyələrin əraziləri dəqiqləşdirilmədiyindən və ya mübahisəli olduğundan vergilərin toplanılmasında da problem yaranıb.  Onun fikrincə, Bakıətrafı ərazilərin bir hissəsinin hələ də Abşeron rayonunun inzibati ərazisi kimi qalması əsas problemdir: “Fikrimcə, ilk olaraq Bakının inzibati ərazi vahidləri məsələsinə yenidən baxılmalıdır. Çox maraqlıdır ki, qəsəbələrin yaşayış ərazisi Bakı şəhərinə, qəsəbəyə bitişik ətraf ərazilər isə Abşeron rayonuna baxır. Bu istiqamətdə problem var və ona aydınlıq gətirilməlidir. Qəsəbələr böyüyür, infarstruktur qurulur, yollar salınır, ancaq sakin onu sənədləşdirə bilmir. Çünki ərazinin sahibi ya bilinmir, ya da torpaq təyinatı üzrə istifadə edilməyib”.

Bələdiyyənin inkişafına maneə yaradan məmurların vaxtı ilə “göz yumması” nəticəsində belə qəsəbələrin böyüdüyünü deyən V.Tofiqli həmin ərazilərdə kommunikasiya infrasturkturu yaradılsa da heç bir fərdi yaşayış evinin qeydiyyatının olmadığını vurğulayıb: "Küçəsi, ünvanı bilinməyən, ancaq şəhərə çevrilən qəsəbələrdə formalaşan bələdiyyələr isə hər hansı bir vergi növü toplaya bilmir. Misal olaraq, Binə qəsəbəsini göstərmək olar. Qəsəbədə bu gün qeyri-rəsmi 160 min nəfərə yaxın sakin yaşayır. Rəsmi qeydiyyatda olanların sayı isə 55 min nəfərdir. Qəsəbənin ərazisi bir tərəfdən Suraxanı, digər tərəfdən Abşeron rayonunun tabeliyindədir. Təsəvvür edin ki, bu evlərin hər biri kənd təssrüfatı təyinatlı torpaqlarda, ya da pay torpaqlarında inşa edilib. Prosesin icrasının ləngiməsində sözsüz ki, dövlət büdcəsi də itirmiş olur. Bu gün təqribi hesablamalara görə, paytaxtda məhz bu cür problemli mənzillərin sayı 500 mini keçməkdədir. Bu qədər mənzilin 80 faizədək hissəsini isə rəsmiləşdirmək mümkündür.Və bu qədər sənədsiz mənzilin sənədləşdirilməsi həm dövlət, həm də yerli büdcəyə kifayət qədər vəsaitin daxil olmasına səbəb ola bilər”. 

Sadalanan problemlərin çözülməsi üçün V.Tofiqli iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edərək bələdiyyələrin əmlakla bağlı problemlərinin həllinə dəstək verməsini xahiş edib: “İqtisadiyyat naziri hörmətli Mikayıl Cabbarovdan xahiş edərdim ki, digər ona həvalə edilən sahələrdə ciddi layihələr, struktur dəyişikliyi aparmaqla ölkə başçısı qarşısnda götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdiyi kimi, Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyətini ciddi nəzarətdə saxlamaqla, bu strukturda şəffaflığın təmin edilməsini real şəkildə həyata keçirilməsini nəzarətdə saxlasın. Bununla yanaşı bələdiyyələrin əmlakla bağlı, habelə müavfiq qurumlarla bağlı yaranmış süni problemlərin həllinə nail olunsun”.

Problemin çözülməsi üçün İB rəhbəri təkliflərini də səsləndirib. Abşeron rayonu da daxil olmaqla paytaxt rayonları   inzibati ərazi vahid kimi ləğv edilərək inzibati ərazi vahidlərinin yenidən təşkil edilməsinini məqbul sayıb. V.Tofiqli müfaviq dövlət oqranlarının bələdiyyələrin mülkiyyətinin tanınması və özlərinə verilməsi məsələlərinə münasibət bildirmələrini vacib sayıb. 

Zeynəb Vəkil 
Valyuta.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin