BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
8664

“Turizm sektorunda ötən illə müqayisədə bu il elə də ciddi dəyişiklik baş verməyib. Düzdür, hərdən bir sıra ölkələrin müntəzəm reysləri bərpa etdiyini, sərhədləri açdığını görürük. Məsələn, Gürcüstan bir sıra ölkələr üçün sərhəddini açıb. Başqa ölkələrdə də bu kimi addımların atıldığını bilirik. Amma bu elə də kütləvi xarakter daşımır. Beynəlxalq turizm mübadiləsi daha çox aviauçuşlar üzərindən qurulur. Yəni insanlar başqa ölkələrə səfər zamanı daha çox hava nəqliyyatından istifadə edirlər. Hazırda bəzi azsaylı uçuşlar bərpa olunsa da, onların qiymətləri bir qədər bahadır. Təbii ki, bu da turizmə təsir göstərən faktordur”.

Bu sözləri “Report”a turizm sektorunun mövcud vəziyyətindən danışan Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyib.

Assosiasiya rəhbəri bildirib ki, turizm sənayesi hazırda problemlər yaşayır: "Məncə dövlət tərəfindən daxili turizmin bərpasına imkan yarandan bəzi qərarlar veriləcək"


“Turizm agentliklərinin bir çoxu fəaliyyətini dayandırıb. Ola bilər ki, bəziləri aviabilet satır, bəziləri isə az saylı turlar təklif edirlər. Xüsusilə də daxili turizmə yönəlmiş şirkətlərdə bir az canlanma var. Xarici turlar isə hələ ki, o qədər də geniş bərpa olmayıb. Turizm sənayesi çətin bir dövr yaşayır. Keçən il Ümumdünya Turizm Təşkilatının açıqlaması olmuşdu ki, dünya turizm sənayesi 1,2 miyard ABŞ dolları səviyyəsində itki yaşayıb və 120 milyon iş yeri təhlükə altındadır. Bizdə də bu təsirlər var. Həm iş yerləri təhlükə altındadır, həm də böyük ziyanlara uğramışıq. Turizm və onunla əlaqəli sahələrlə birlikdə 170-180 min insan çalışır. Bu ciddi rəqəmdir. Dövlət bir neçə dəfə turizm üçün dəstək paketləri ayırsa da, bu turizm sənayəsini tam xilas etmək üçün kifayət etməyib".

Onun sözlərinə görə, pandemiya dövründə otellərin fəaliyyətinə qadağa qoyulmadı: "Amma dövlət qurumlarının otel və restoranların fəaliyyəti ilə bağlı ciddi tövsiyyələri var idi. Məsələn, pandemiya dövründə mehmanxana fəaliyyətinin tənzimlənməsi üçün metodiki göstərişlər verilib. Otellər və restoranlar bu metodiki göstərişləri rəhbər tutaraq öz işlərini qurdular. Bu göstərişlərdə müxtəlif məhdudiyyətlər mövcuddur. Məsələn, sosial məsafənin saxlanılması otel və restoranların tam həcmdə qonaq qəbul etməsinə maneə olur. Son bir neçə həftədə, konkret olaraq yanvarın 25-dən regional turizmdə bir canlanma baş verdiyini gördük. Hər həftə sonu apardığımız monitorinqlərdə otellərin doluluq faizinin 80-90, bəzən isə 100 %-ə çatdığının şahidi olduq”.

Turizm mütəxəssisinin sözlərinə görə pandemiya bitərsə turizm sektoru özünü tezliklə bərpa edə bilər:

“Hazırda bu il üçün proqnozlar vermək çox çətindir. Çünki karantin rejimi ilə bağlı verilən hər hansı yumşaldılma qərarının sonradan dəyişildiyinin şahidi oluruq. Ona görə də turizm sənayesi də hər hansı rahatlıqla yeni fəaliyyətlərə başlaya bilmir. Düşünürəm ki, tam yumşaldılmalar tətbiq ediləndən və karantin məhdudiyyətləri aradan qalxandan sonra daxili turizm canlanar və bir müddət sonra xarici reyslər də açılar. Bunun üçün isə müəyyən müddət tələb olunacaq. Məncə dövlət tərəfindən daxili turizmin bərpasına imkan yaradan bəzi qərarlar veriləcək.

Son 20-25 ildə dünya müxtəlif sahələrdə bir neçə böhran yaşayıb. Bu böhranların hamısı turizm fəaliyyətlərinə də təsir göstərib. Lakin bunların hamısından sonra turizm sənayesi sürətlə özünü bərpa edib. Məncə bununla turizm sahəsi özünün davamlı fəaliyyət növü olduğunu və özü özünü tez zamanda bərpa edə bildiyini isbat edib. Düşünürəm ki, bu böhrandan da sonra turizm sektorumuz yeni bir inkişaf mərhələsinə qədəm qoyacaq və biz gələcəkdə yeni turizm məhsullarını, Azərbaycanda inkişaf etməmiş turizm növlərinin yaranmasını görəcəyik.

İşğaldan azad edilmiş torpaqlarımızda geniş turizm potensialı var. Burda həm təbii resurslardan, həm də tarixi-mədəni abidələrdən söhbət açmaq olar. Həmin ərazilərdə xüsusilə ekoloji turizm növü yaxşı işləyəcək. Bu məsələnin üzərində ciddi çalışsaq gələcəkdə Azərbaycanı bir ekoturizm məkanı kimi tanıda bilərik”.

Turizm eksperti Rəhman Quliyev də bu sektorun pandemiyadan ciddi zərər çəkdiyini qeyd edib: "Gələcəkdə Kəlbəcərə ildə 500 min, Zəngilana 200 minə qədər turist gətirilməsini hədəfləmişik".

“Pandemiya turizm sektorunu demək olar ki, süquta uğratdı. Son ayları çıxmaq şərtilə, 8-10 ay ərzində turizm şirkətləri fəaliyyətini demək olar ki, tam dayandırdı. Sentyabrdan bəri reyslər qismən bərpa oldu və xüsusi reyslər açıldı. Buna turizmin qismən reabilitasiyası demək olar. Amma bu o demək deyil ki, turizm bu reyslərlə bərpa oldu. Xeyr. Bir müddət aviaşirkətlər turizm şirkətləri ilə işləməkdən imtina etdi. Bu da turizm şirkətlərinə pandemiya ilə bərabər ikinci zərbə oldu. İndi artıq həmin əməkdaşlıq bərpa edilib. Amma reyslər azdır. Çünki müştəri azdır. Buna səbəb bütün sektorların iqtisadi vəziyyətinin geriləməsidir. İnsanların maddi durumu zəiflədikcə ölkədən kənara getmələri də azalıb. İkinci tərəfdən isə biletlərin bahalılığı faktoru var. Bu gün Bakı-İstanbul-Bakı biletinin qiyməti 800 manatdan çoxdursa, bir il bundan qabaq həmin məbləğ 400 manat idi. Hər uçuşda insanlar 100 manata yaxın COVID-19 testi üçün ödəniş edir. Bu, həm ölkədən çıxışda, həm də qayıdışda tələb olunur. Düzgün qiymət siyasəti aparmalıyıq. Avropa daxilində eyni məsafəyə uçuş bundan iki dəfə ucuzdur. Hələ Avropada təyyarə xərcləri daha çoxdur”.

Ekspert bildirib ki, turizm sahəsində vəziyyətin düzəlməsi pandemiyanın bitməsindən asılıdır:

“Qeyd edim ki, artıq Zəngilanda “Qotursu”, “Çinar” sanatoriyalarının, Kəlbəcərdə “İstisu”, Laçında “Turş su” sanatoriyalarının yerləşdiyi əraziləri düşməndən azad etmişik. Böyük köçə nail olub insanları həmin ərazilərdə yerləşdirə bilsək, ölkəyə gələn turist sayında da artım olar. Biz turistlərin həmin ərazilərdə təhlükəsizliyini tam təmin edəndən sonra Azərbaycanda turizmin ən parlaq dövrünü yaşayacağıq. Belə olduqda əcnəbi turistlərin sayı 10 dəfələrlə artacaq. Sovet dövründə “İstisu” sanatoriyasına ildə 50 min turist gəlirdi. Halbuki o vaxt bizim reklam bazarımız yox idi, turizm bazarına çıxa bilmirdik, xaricdən müstəqil şəkildə turist gətirə bilmirdik. Artıq gələcəkdə Kəlbəcərə ildə 500 min, Zəngilana 200 minə qədər turist gətirilməsini hədəfləmişik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

İnnovasiya və Təchizat Mərkəzi 2 gündə tenderlərinə 125 mln. manatdan çox ayırdı

"Mozilla" "Gmail" və "Microsoft 365"ə rəqib olur

Ayaz Hüseynov İcra başçısının müavini təyin olunub (Foto)

Ayaz Hüseynov İcra başçısının müavini təyin olunub (Foto)

Laçında Qayğı qəsəbəsini abadlaşdıracaq şirkət kimindir?

Tramp Çinə rüşvət təklif etdi

"Zeytun" apteklərinin Tarif Şurasının qərarına əməl etmədiyi müəyyən olunub

İcbari Sığorta Bürosu beynəlxalq mükafatlara layiq görülüb

Baş nazir bu nazirliklərə tapşırıqlar verdi - Foto

Dövlət Agentliyi: “Bazarstore” qida məhsulunu üzərindəki qiymətdən baha satıb

Azərbaycanda bu universitet 521 min manatlıq aviabilet alır

Ramil Qasımov Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyin edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin