BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
8655

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 476 əmanətçiyə 627,48 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Əmanətlərin Sığortalanması Fondundan Azvision.az -a verilən məlumata görə, ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə keçən il iyunun 16-dan martın 3-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 244,31 milyon manat kompensasiya ödənilib.

"AG Bank" üzrə 4685 əmanətçiyə 113 milyon manat, "NBC Bank" üzrə isə 4213 əmanətçiyə 131,22 milyon manatdan çox kompensasiya ödənilib. Ötən il iyunun 1-dən martın 3-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 383,16 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5800 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 139,89 milyon manat, "Ata Bank" üzrə 9778 əmanətçiyə isə 243,27 milyon manat təşkil edib.

Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq. Kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank”ASC və “AG Bank”ASC-nin lisenziyaları Mərkəzi Bank tərəfindən ləğv edilib, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 aprel və 14 may tarixli qərarlarına əsasən, sözügedən banklar müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib. Müflis olunmuş banklar üzrə öhdəliklərin reyestri fonda təqdim olunub və ADIF tərəfindən qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılıb. Fondun Himayəçilik Şurasının qərarına əsasən, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Ata Bank” ASC və “Amrah Bank” ASC üzrə “Kapital Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib. Əmanətlərin Sığortalanması Fondu ötən il iyunun 1-dən “Ata Bank” ASC və “Amrah Bank” ASC-də, iyunun 16-dan isə “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayıb.

ADIF bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırır ki, vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı bütün lazımi tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hakim yarım milyonluq qızıla görə tutulanların həbsinin davamına qərar verdi

İnvestisiya şirkətinin səhmdarlarının yığıncağı keçiriləcək – Rəsmi tarix açıqlanıb

Sağlam olan 26 nəfərə "yararsız" sənədi verilib, 36 nəfər isə yararsız olduğu halda xidmətə çağırılıb

Bazarda meyvələr bahalaşdı: Kiloqramı 25-40 manat

Bazarda meyvələr bahalaşdı: Kiloqramı 25-40 manat

Azərbaycanda bu əraziyə pulsuz giriş qadağan edildi

"CFI Financial İnvestisiya Şirkəti"nə böyük maya qoyulsa da, sələfinə çata bilmir - 209 milyonluq azalma

Ermənistan Araz çayını çirkləndirir - Prezident

"Bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq"- Prezident

Bir gündə vətəndaşların 87 min manatını taladılar

Metronun "28 May" stansiyası bu tarixdə bağlanır

“Brent”də 4 ilin ən kəskin geriləməsi: Qiymət 60 dollar həddində

Kərpic zavodunun direktoru cəzalandırıldı

İlham Əliyev VII ADA Siyasi Forumunda çıxış edir

İlham Əliyev VII ADA Siyasi Forumunda çıxış edir

ADB Azərbaycan üçün 2025-ci il inflyasiya proqnozunu artırıb

İncə göstərən güzgülər mağazalara milyonları necə qazandırır?

Neftimizin qiyməti 68 dollardan aşağı düşüb

Eyni məhsul aptek və marketlərdə niyə fərqli qiymətə satılır?

Qroznı hava limanı uçuşları dayandırdı

Avro və rubl bahalaşdı, dollar sabit qaldı

"Bitcoin" 76 dollara düşdü - Kriptovalyuta bazarının son göstəriciləri

Evdə kompüter, cibdə kalkulyator dövrünü başladan Klayv Sinkler - SƏHƏR OXUSU

Evdə kompüter, cibdə kalkulyator dövrünü başladan Klayv Sinkler - SƏHƏR OXUSU

Dövlət qurumu 58 min manatlıq jurnal alır

Şimal Buzlu okeanından mənfi acı rekord: Qorxulu göstəricilər açıqlandı

Dünyanın nəhəng şirkətləri 1 həftədə 1,86 trilyon dollar itirdi

“MECC” MMC-nin külli miqdarda vergi borcu yaranıb

“Evakuator.Az”ın rəhbəri cərimələndi, məhkəmə qərarı ləğv etdi

"Goldman Sachs"dan xəbərdarlıq: Neft qiymətləri daha da enə bilər

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Xaricdən gələn yükün plombunu qopardı - “Saloğlu Fərdi” firması cərimələndi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin