BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
8547

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX)"Baku Steel Company" MMC-nin Müşahidə Şurasının sabiq sədri Rasim Məmmədovun cinayət işi üzrə istintaq davam edir.

Rasim Məmmədovla bağlı bütün məlumatlar, fotolar, videolar "Baku Steel Company”nin saytından çıxarılıb. Artıq saytdakı "Biz kimik” bölümündə sabiq sədr haqda hər hansı məlumat yoxdur. Rasim Məmmədov illərlə özünü cəmiyyətə iş adamı, BSC-nin sahibi kimi sırımağa çalışsa da, buna nail ola bilmədi. Adi bir reyder, metallurgiya sahəsinin qənimi olduğu enində-sonunda tam çılpaqlığı ilə üzə çıxdı.

Ötən illər ərzində onun törətdiyi cinayətə bərabər qanunsuzluqlar  barəsindəki cinayət işində də yer alıb. Müşahidə Şurasının sədri olduğu günlərdə Rasim Məmmədov ölkənin metallurgiya sahəsində çalışan irili-xırdalı iş adamlarına qarşı total hücumlara başçılıq edib. Onun  etdiyi qanunsuzluqlara isə Azərbaycan məhkəmələri "qanuni don” geyindirib, Lerik dağlarında yaşayan çoban Gəray Məmmədovu reyder hücumlarla ələ keçirilən Zülfüqarlı qardaşlarına məxsus zavodun sahibinə çevirmişdilər. Bundan başqa, Rasim Məmmədovun cinayətləri ilə üz-üzə qalan iş adamları həm də məhkəmələr vasitəsilə cərimə olunub, üzərlərinə təkzibvermə öhdəliyi qoyulub. Halbuki hakimlər Rasim Məmmədovun iş adamlarına qarşı iddiasının əsassız və qanundankənar olduğunu dəqiq şəkildə biliblər. Əslində bu cür susdurulma əməliyyatları Rasim Məmmədovun hamisi Ramiz Mehdiyevin dəsti-xəttidir. Belə ki, Ramiz Mehdiyevin ətrafında olan, ona mədhiyyə oxumaqdan yorulmayan Elmira Axundovanın cinayətə bərabər əməlləri haqda danışan zərərçəkənlərə də eyni üsulla hucumlar olub. Külli miqdarda pulları əllərindən gedib, üstəlik, özlərinin də dövlət qurumlarına, mətbuata üz tutduqlarına görə məhkəmə qaydasında üzərlərinə böyük cərimələr qoyulub.  


Ramiz Mehdiyev "Baku Steel Company”nin qeyri-rəsmi sahibi olduğu günlərdə Rasim Məmmədovun məhkəmələr üzərində cəzalandırmağa çalışdığı tanınmış iş adamlarından biri də Nazim Bəydəmirli idi. Onun mətbuata verdiyi açıqlamalara görə, Rasim Məmmədov məhkəmələrə iddialar vermişdi. Rasim Məmmədov isə iş adamlarını göndərmək istədiyi yerdə - həbsdədir.

O tutulandan sonra "Baku Steel Company”də rəhbərlik dəyişib. Fevralın 20-də Kamal İbrahimov  "Baku Steel Company” şirkətinin direktoru təyin olunub. Vaxtilə Rasim Məmmədovun məhkəməyə çəkdiyi Nazim Bəydəmirli artıq Kamal İbrahimovla görüşüb. Tanınmış iş adamı bu görüşlə bağlı sosial mediada fikirlərini paylaşıb. 

Sitat:  "İnandım ki, müasir biznes etikası olan, çox uyğun menecer kimi Kamal müəllimə etibar etməkdə zavod sahibləri yanılmayıblar. Qərara aldıq ki, təmaslarımızı davam etdirək və əməkdaşlıq üçün ortaq nöqtələri taparaq, qarşılıqlı fayda verəcək fəaliyyətlərimizi gücləndirək”.


Bundan başqa, Nazim Bəydəmirli Rasim Məmmədovun cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ifadə verib. 3 saat ərzində üzləşdiyi qanunsuzluqlarla bağlı qurumun vəzifəli şəxslərinə məlumat verib: "DTX-da mənə göstərilən diqqətdən bir vətəndaş kimi çox razı qaldım. Hesab edirəm ki, bütün hüquq-mühafizə orqanlarında sahibkarlarla, vətəndaşlarla belə rəftar edilməli, onların problemlərinə həssaslıqla yanaşılmalıdır”.

İş adamı 2012-ci ildə Rasim Məmmədov tərəfindən sahibi olduğu "Atahan Dəmir Sənaye” müəssisəsinin fəaliyyətinin dayandırıldığını və nəticədə 5 milyon manatdan artıq ziyana düşdüyünü bildirib. "Qoçu dəstəsi ilə hücum çəkib əmlakımızı dağıdıblar, kameraları sındırıblar və mənin telefonumu əlimdən alıblar. Bütün bunlar yerli mətbuatın gözü qarşısında baş verib” - deyə, iş adamı vurğulayıb.

Nazim Bəydəmirli DTX-ya müraciət edərək, cinayət işi üzrə zərərçəkmiş qismində ifadə vermək istədiyini bildirib. O, mətbuata açıqlamasında deyib ki, uzun müddətdir onun şikayətləri araşdırılmayıb:
 
"Çünki o törətdiyi qanunsuzluqları yüksək vəzifələrdə çalışan məmurların adı ilə edirdi. Mən o zaman Rasim Məmmədova dedim ki, Afrikaya köçsə də, əlimdən alınan əmlakımın və pulumun arxasından gedəcəyəm. Çünki mən onu halal yolla qazanmışam. Ölkə rəhbərliyi də məni halal, dürüst iş adamı kimi tanıyır”.

Xatırladaq ki, Rasim Məmmədov fevralın 3-də DTX tərəfindən həbs edilib. Qurumun yaydığı məlumatda qeyd olunur ki, Rasim Məmmədovun satış üzrə "Baku Steel Company” MMC-yə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub. Rasim Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
//Yeni Musavat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin