BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
8546

Milli Məclisdə “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Sənəddə əsas dəyişikliklərdən biri mülki hüquqi müqavilələrin çərçivəsinin daralması ilə bağlıdır. 

Valyuta.az xəbər verir ki, qanun layihəsini şərh edən iqtisadçı Qalib Toğrul bildirib ki, bunun üçün layihənin müəllifləri, ilk növbədə, “əmək münasibətləri nədir” sualına cavab verməyə çalışıblar. Nəzərdə tutulan dəyişikliklərdə əmək  münasibətlərinə belə tərif verilib: "Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir".

Bununla əmək münasibətləri ilə mülki hüquqi münasibətlər arasındakı qırmızı xəttin çəkiləcəyini deyən Q.Toğrul qeyd edib ki, layihədə əmək münasibətlərini xarakterizə edən (mülki hüquqi münasibətlərdən fərqləndirən)  8 meyar müəyyənləşdirilib: 

I MEYAR: Əgər işəgötürənlə işçi arasındakı münasibətlər Əmək Məcəlləsində təsbit olunmuş əmək müqaviləsinin şərtlərinə və Məcəllənin əlavəsindəki nümunəvi formaya uyğundursa, o zaman tərəflər arasında əmək münasibətləri yaranır.

II MEYAR: Tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edilirsə, əmək münasibətləri yaranır.

III MEYAR: Tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yaranırsa, demək, əmək münasibətləridir.

IV MEYAR: Əgər müqavilənin predmeti sifariş verənin (işəgötürənin) əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsidirsə, mülki hüquqi müqavilə bağlanılmasına yol verilmir. Tutaq ki, saytın (qəzetin) rəhbəri saytda (qəzetdə) işləyən jurnalistlə (davamlı yazılar yazan, saytın rəhbərinin tapşırıqlarını həyata keçirən) mülki hüquqi müqavilə bağlaya bilməz, çünki məqalə hazırlamaq saytın əsas fəaliyyətidir. Bu, tələb təkcə sayta yox, bütün kütləvi informasiya vasitələrinə aiddir. 

V MEYAR: Əvəzçiliklə və ya müvəqqəti əvəzetmə qaydasında işləri (xidmətləri) yerinə yetirənlərlə əmək müqaviləsi bağlanılmalıdır.

VI MEYAR: Yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun tənzimlənənəndə yaranan münasibətlət əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. 

VII MEYAR: Yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda əmək müqaviləsi bağlanılmalıdır.

VIII MEYAR: Müqavilədə Əmək Məcəllənin 10-cu (Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri), 77-ci (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları), 112-ci (Məzuniyyətin növləri), 179-cu (İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar) və 186-cı (Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri) maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutularsa, bu, əmək münasibətləridir.

Q.Toğrul onu da qeyd eidb ki,  yeni dəyişiklikdə mütərəqqi bir yanaşma nəzərdə tutulub: “Tutaq ki, əmək müqaviləsi bağlanılmalı halda qanunvericiliyə zidd olaraq mülki hüquqi müqavilə imzalanıb və bu hal 1 il davam edib. 1 ildən sonra Dövlət Əmək Müfəttişliyi Xidməti bunu aşkara çıxarıb. Bu halda əmək müqaviləsi bağlanılması təmin ediləcək və mülki hüquqi müqavilə bağlanılan əvvəlki 1 il üçün hər hansı cərimə tətbiq olunmayacaq”.

Zeynəb Vəkil
Valyuta.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin