BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
8513

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən həftə keçirdiyi mətbuat konfransında dövlət şirkətlərinin idaretməsi ilə bağlı məsələyə də toxunub. Onların idarəetməsinin axsadığını, müasir tələblərə cavab vermədiyini vurğulayıb. 

Prezident qeyd edib ki, bu şirkətlərin əksəriyyəti səmərəsizdir: 

“Dövlət şirkətləri dövlətin boynunda olan böyük yükdür... Belə ola bilməz. Rəhbərliyin möhkəmləndirilməsi, idarəetmənin təkmilləşməsi baxımından kim yeni qaydalarla dürüst, şəffaf işləmək istəməsə, məsuliyyətə cəlb olunacaq”.

Qeyd edək ki, uzun illər medianın diqqətində olan bu məsələdə artıq hökumət ciddi dəyişiklik etmək qərarına gəlib. Bu məqsədlə  dövlət şirkətlərində idarəetmə sisteminin təkmilləşdirilməsi üçün Dövlət İnvestisiya Holdinqi yaradılıb. Bəs bu yenu üsul nə dərəcədə effektiv olacaq? Zərərlə işləyən şirkətləri dirçəltmək mümkündürmü? 

Valyuta.Az-ın bu və digər suallarına iqtisadçı Xalid Kərimli aydınlıq gətirib və öncə holdinqin yaradılması zərurətindən danışıb.

Dövlət şirkətlərinin rentabelsiz işlədiyini, daim subsidiyaya ehtiyac duyduqlarını deyən ekspert bildirib ki. onlarda investisiya qərarlarının qəbulu zamanı prioritetlərin müəyyənləşdirilməsinə, qərarların şəffaflığına, eyni zamanda nəzarət mexanizmlərinin işləməsinə dair əsaslı şübhələr vardır: "Bundan əlavə, xərclərin şəffaflığı, düzgün bölüşdürülməsi və səmərəli istifadəsinə dair ciddi suallar yaranır. Müddət keçsə də, bu suallar aradan qalxmır. Dövlət şirkətləri ilbəil zərərlə fəaliyyyətlərini davam etdirir. İdarəetmənin dəyişdirilməsinin əsas səbəbləri bunlardır”. 

X.Kərimli əlavə edib ki, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafının zəruriliyini qəbul edən hökumət büdcə xərclərini optimallaşdırmağa çalışır: 

“Eyni zamanda, büdcə gəlirlərinin tərkibində, büdcə xərclərinin, xüsusilə cari xərclərin maliyyələşməsində qeyri-neft sektorundan gələn vergi gəlirlərinin kafiliyinə nail olmaq istəyir. Lakin bunlar hazırki dövlət müəssislərinin idarəedilməsi aspektindən o qədər də əlverişli deyil. Çünki dövlət şirkətləri dövlət alışlarını həyata keçirən əsas strukturlardır. Burada da bu alışların reallaşmasında şəffaflığın olmaması büdcə resurslarının səmərəsiz istifadəsinə gətirib çıxarır. Həm də vəsaitlərin düzgün bölüşdürülməməsi onun özəl sektora deyil, şəffaf və rəqabətli tender qaydalarına əməl olunmadan məmurlara məxsus şirkətlərə ötürülməsinə gətirib çıxarır”. 

Yeni yaradılan Dövlət İnvestisya Holdinqinin bir neçə məqsədinin olduğunu qeyd edən X.Kərimli onlardan biri kimi, dövlət şirkətlərinin idaretməsinin təkmilləşdiirlməsi, orada korporativ idarəetmənin qurulmasını göstərib. Real Muşahidə Şuralarının qurulması, qərarların qəbulu zamanı qaydaların, prosedurların işlənməsi, daxili audit sisteminin yaradılmasını vacib sayıb. Dövlət şirkətlərini idarə edənlər ciddi nəzarət olunduğunu duymalıdır. 

X.Kərimli məqsədlər sırasında bəzi dövlət müəssisələrinin özəlləşməyə hazırlanmasının da yer alıdğını deyib: “Yeni qaydalar, üsullar bu məqsədlərə nə qədər nail olacağına görə effektiv olacaq. Holdinq dövlət şirkətlərində korporativ idarəetmənin qurumasına, bir çox şirkətləri özəlləşməyə çıxarmağa nail olsa və bunu şəffaf formada həyata keçirə bilsə, uğurlu olacaq. Proses sadəcə yeni bir bürokratik qurumun  yaranması ilə yekunlaşacaqsa, nəticə əvvəlkindən də yaxşı olmayacaq. Dövlət şirkətlərinin bəzilərində özəl sector önəmli rol oynaya bilər. Bu şirkətlərin bir çoxunda dəyər zəncirinin bütün mərhələlərinin bir rəhbərin əlində cəmlənməsi görünür. Burada maraqların konflikti yaranır. Yəni, həm istehsal edən, həm satan, həm nəzarət edən eyni qurum və eyni rəhbərlik olduğuna görə burada ciddi problemlər yaranır. Buna görə də dəyər zəncirinin müxtəlif hissəslərini ayırmaq və onların ayrıca qurumlar kimi işləməsinə nail olmaq, mümkün olan hissəsini özəlləşdirmək lazımdır”.

Dövlət müəssisələrinin uğurlu, mənfəətli şirkətə çevrilməsi üçün  yeganə şərtin özəlləşmə olduğunu deyən iqtisadçı hesab edir ki, onlardan bir çoxunun, məsələn, kənd təsərrüfatı sektorunda olan obyektlərin, Beynəlxalq Bank, AZAL, SOCAR və s. kimi şirkətlərin özəlləşdirilməsi bunların düzgün idarə olunmasına gətirib çıxara bilər. Eləcə də kommunal xidmətlər göstərən qurumlarda dəyər zəncirinin müəyyən hissəsinin dövlətin öz idarəetməsində saxlaması mümkün ola bilər.

“Dünya praktikasına görə, bir çox dövlət qurumları - daşımaçılıq, bank, kənd təsərrüfatında və s. sektorlarda dövlətin olması vacib hesab edilmir. Burada özəl sector daha effektivdir. Ona görə də bu hökumət şirkətləri özəlləşdirməlidir. Öz idarəetməsində qalan şirkətlərin isə dəyər zəncirinin bəzi mərhələlərinin özəlləşməyə çıxara bilər” - deyə X.kərimli vurğulayıb. 

Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov da dövlət şirkətlərinin idarə edilməsi sahəsində əsaslı islahatların hazırlandığını bəyan edib. Burada dövlət müəssisələrinin səmərəliliyinin və rəqabətliliyinin artırılmasının əsas hədəflərdən olduğunu vurğulayıb. Nazir bir sıra dövlət şirkətlərində fəaliyyətin günün tələbələrinə uyğun olmadığını bildirib. Onun sözlərinə görə, bir sıra hallarda idarəetmə aşağıdır, fəaliyyət sahələri, şirkətlərin xərcləri, tender prosedurları sahələrində şəffaflıq tam təmin edilməyib: “Büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynamalı olduğu halda, bir çox hallarda zərərlə çalışırlar. Bu sahədə ciddi islahatar artıq həyata keçirilir. Dövlət şirkətlərinin effektivliyinin artırılması onların ciddi bazar dəyərinə malik olmasına gətirib çıxarmalıdır”.

Zeynəb Vəkil
Valyuta.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Könül Mehdiyeva UEFA-dan təyinat alıb

Bu ölkədən saqqızın kilosunu 50 manata alırıq

AMB kiberdələduzluqla bağlı nəzarətin gücləndirilməsi üçün banklara göstəriş verib

Sabah hava yağmursuz olacaq

Azərbaycanda inflyasiya 6 faizə çatır

Azərbaycanda inflyasiya 6 faizə çatır

2025-ci ilin ən yaxşı hava limanları açıqlandı - SİYAHI

Hansı banklar sistem əhəmiyyətli sayılacaq? - Mərkəzi Bankdan qərar

Murtuza Muxtarovun ev muzeyi yenidən bərpa ediləcək - 7 milyon ayrıldı

Noutbuk istehsalçıları ABŞ-a tədarükləri dayandırdı

Konstitusiya Məhkəməsinin hakimi təqaüdə göndərildi

Natəvan Bayramova vəzifədən getdi

Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR

Bu ixtisaslar üzrə ballar artacaq

Hərbi jurnalistə vəzifə verildi

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

Xanlar Vəliyev sabah hakim təyin ediləcək

Azərbaycanda yeni olimpiya kompleksləri tikiləcək - 15 milyon ayrıldı

Zabrat qəsəbəsində su olmayacaq - Bu tarixdə

Prezidentdən Konstitusiya Məhkəməsinin hakimi ilə bağlı SƏRƏNCAM

Nazirlik maye qaz doldurma məntəqəsinin fəaliyyətini dayandırdı

Tramp 75-dən çox ölkə üçün “gömrük rüsumlarını” azaldıb

Almaniyada yeni hökumət qurulur

Almaniyada yeni hökumət qurulur

Bir gündə vətəndaşların 40 min manatı bank kartlarından oğurlanıb

Utilizasiyaya verilən avtomobillər üçün güzəşt məbləği artırılır? (VİDEO)

Magistratura imtahanında iştirak bahalaşıb

Rubl bahalaşdı, avro ucuzlaşdı

Azərbaycan neftinin qiyməti 64 dollara düşüb

Bakıda 200-ə yaxın bina söküləcək - Ərazilər açıqlandı

Azərbaycanın hərbi prokurorları - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin