Tenderlər
04.03.2021 / 14:49
1.2 milyardlıq tenderlər "kağız üzərində" keçirilib - Ekspert
8500
Azərbaycanda 2020-ci ildə dövlət vəsaitləri hesabına 2414 açıq tender keçirilib. Açıq tenderlərin ümumi dəyəri 2. 152,8 milyon manat təşkil edib. Ortalama bir açıq tenderin dəyəri 891,8 min manat olub.
Valyuta.Az xəbər verir ki, bu barədə iqtisadçı Toğrul Maşallı bildirirb.
Ekspert bildiri ki, açıq tenderlər arasında 2321-i elektron satınalma üsulu ilə keçirilib.
"Başqa sözlə, köhnə üsulla, yəni "kağız üzərində" 93 açıq tender baş tutub. Bəs onların dəyəri necə olub? Deməli, köhnə üsulla keçirilən açıq tenderlərin ümumi dəyəri 1. 222,8 milyon manat təşkil edib. Elektron tenderlərin dəyəri isə 930 milyon manat olub. Yəni faktiki ən bahalı tenderlər nəyə görəsə elektron qaydada keçirilməyib" -deyə, ekspert vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay