Energetika
04.03.2021 / 13:40
ABŞ-ın xam neft ehtiyatları rekord səviyyədə artdı
8469
Ötən həftə ərzində ABŞ-ın xam neft ehtiyatları ondan əvvəlki həftəyə nisbətdə 21,6 milyon barel artaraq 1982-ci ildən bəri ən yüksək həddə çatıb.
Valyuta.az Sondakika.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya İdarəsi məlumat yayıb.
Bundan başqa, ABŞ-ın benzin istehsalında da ciddi artım müşahidə edilib. Belə ki, günlük benzin istehsalı günlük orta hesabla 37 min barel artaraq 2 milyon 351 min barel olması bazarda rəqabətin güclənəcəyinə işarə verir.
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına əsasən, xam neft istehsalının bu il ərzində 11 milyon barel, sonrakı il üçün isə 11 milyon 530 min barel olması gözlənilir.
Kamran Xəlilov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay