BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
8386

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2020-ci ilin sonuna olan hesabatını açıqlayıb.

Valyuta.Az bankın hesabatına istinadən xəbər verir ki, dövlət bankının əksər göstəriciləri 2019-cu ilin sonu ilə müqayisədə azalıb.

ABB-nin aktivləri 1 il ərzində 260 milyon 569 min manat və ya 2.8% azalaraq 8 milyard 962 milyon manata düşüb. Buna baxmayaraq dövlət bankının müştərilərinə verdiyi xalis kreditləri 213 milyon 21 min manat artaraq 2 milyard 366 milyon manata çatıb. Bundan başqa bankın cəmi öhdəlikləində də azalmalar olub. Belə ki, ABB-nin cəmi öhdəlikləri 1 il ərzində 247 milyon 550 min manat və ya 3.1% azalaraq 7 milyard 636 milyon manata düşüb. Buna əsas səbəb isə dövlət bankında olan müştərilərin depozitləri 85 milyon 531 min manat və ya 1.5% azalaraq 5 milyard 549 milyon manata bərabər olub.

Bankın cəmi kapitalı 2019-cu ilin son rübü ilə müqayisədə 13 milyon 18 min manat azalaraq 1 milyard 326 milyon manata  enib.

Bankın faiz gəliri 35 milyon 696 min manat azalaraq  406 milyon 244 min manata, faiz xərcləri isə 6 milyon 114 min manat artaraq 104 milyon 275 min manata çatıb. Nəticədə bankın xalis faiz gəliri 301 milyon 968 min manat olub ki, bu da 2019-cu ilin sonu ilə müqayisədə 41 milyon 810 min manat və ya 12,1% azdır.

Qeyri-faiz gəliri 18 milyon 22 min manat və ya 12,5% azalaraq 125 milyon 389 min manata, qeyri-faiz xərcləri isə 58 milyon 477 min manat və ya 35,2% artaraq 224 milyon 146 min manata çatıb. Buna görə də bankın əməliyyat mənfəəti 203 milyon 211 min manat olub ki, bu da 2019-cu ilin son rübü ilə müqayisədə 118 milyon 339 min manat və ya 36,8% azdır.
Dövlət bankının xalis mənfəəti 172 milyon 925 min manat və ya 57,2% azalaraq 129 milyon 391 min manata düşüb.

ABB-nin məcmu kapitalı 2020-ci ilin son rübündə 1 milyard 112 milyon 195 min manat olub ki, bu da 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 18 milyon 560 min manat azdır.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan kiloqramı 17 manatdan ilbiz alıb

Deputatın şirkətinə 500 manatlıq sifariş

Çinin yeni sürprizi: USB-C-ni belə kölgədə qoyacaq kabel standartı - GPMI

Qusarın dağ kəndinə 1 milyon manatdan artıq turizm yatırımı

Dövlət qurumlarına avtobus satan şirkətin sahibinə “stop” qoyula bilər

55 avtomobil cəmi 123 000 manata - Növbəti avtomobil hərracı keçiriləcək

İsveç saatlarının idxalına nə qədər xərclənib?

Trampın "90 günlük fasilə"si və Çin üçün daha da artırılan faizlər

Bu ölkə Azərbaycana kiloqramı 32 manatdan dondurma satır

AİB Azərbaycanda büdcə kəsirinin azalmasını proqnozlaşdırır - Hansı sektorlar qazanacaq?

Braziliya əlavə tariflərdən yayınmağa çalışan "Apple"ın yeni istehsal bazası ola bilər

Banklar vətəndaşın etibarını necə qazansın?

Banklar vətəndaşın etibarını necə qazansın?

İntellektual təhdid: "ChatGPT"yə danışılmaması tövsiyə olunan 5 məsələ

DTA Avropada yol şoularına 800 mindən çox ayırdı

"Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır” – Bina sakini

3 manatdan 700 manata - Gün eynəklərinin "qış ixracı"

Nazir onu direktor təyin etdi

Nazir onu direktor təyin etdi

2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət

Bu universitet 1 gündə 2 tender elan etdi - İnfrastruktur yenilənəcək

​"Azsement LTD"nin borcu 250 mini ötdü

Himalay Məmişova iki 35 yaşlı müşavir təyin olundu (FOTO)

Qadınların pensiyaya çıxması qaydası dəyişir - DETALLAR

“Seyfulla & Kövsər” MMC-nin və “Akyol İnternational” MMC-nin istehsal etdiyi dəri tullantılarında infeksiya çıxdı - FOTOLAR

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Bu yerlərdə YDM-lərə icazə verilməyəcək - QƏRAR

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

"Apple"ın iOS 19 dizaynı necə olacaq? (VİDEO)

Əyləncəli və rahat: Bu il uşaqlarla tətil üçün Avropanın ən yaxşı şəhərləri

Prezident onu rektor təyin etdi - Sərəncam

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin