BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
8382

Azərbaycanda uzun müddət “TOPAZ” mərc oyunlarının şəriksiz bukmeykeri olub. Amma son illərdə katalizator kontorları durğunluq dövrünü yaşayır.

Valyuta.Az Musavat.com-a istinadən xəbər verir ki, bunun bir çox səbəblərini sadalamaq olar.

Əvvəla, “TOPAZ” məntəqələrinin sayı artmır, hərçənd qarşıya minlərlə belə obyektin açılması hədəf qoyulmuşdu. Ona görə əhalini mərc oyununa təşviq prosesində passiv fəaliyyət göstərilib. İkinci faktor “TOPAZ”da əmsalların aşağı, minimum mərc qoyuluşunun isə yüksək olmasıdır. Əvvəl bir kupon 1 manat idisə, neçə ildir ki, 3 manata qaldırılıb. Bu da kofiçent qoymaq istəyənlərə sərf etmir. Bukmeyker isə minimum 1 manat mərc qoyuluşunu yalnız elektron variantda qüvvədə saxlayıb ki, oyunçuların əksəriyyəti internet üzərindən deyil, “TOPAZ” məntəqəsinə getməyə üstünlük verirdi.

Bu biznes həm də totalizator kontoru işlədən sahibkarlar üçün yaxşı gəlir mənbəyi idi: çay, kofe, pivə və s. içkilər təklif olunurdu, futbol qumarından əlavə qazanc da çıxırdı. Amma əvvəllər Bakının az qala hər tin başında rast gəlinən bukmeykerlərin çoxu bağlanıb, rentabelli işləmir, bir yandan da minimum mərc qoyuluşunun məbləğinin artırılması, oyunlara verilən əmsalların isə aşağı göstərilməsi müştərilərin ayağını bu yerlərdən kəsib.

Belə olan şəraitdə isə “TOPAZ”a rəqib gəlməyə hazırlaşır. Azərbaycanda yeni mərc oyunları operatoru fəaliyyətə başlayır. Bunu bazarda dirçəlməyə doğru addım saymaq olar. “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Maqsud Tağıyev yeni şirkətin “TOPAZ”ın işinə mənfi təsir etməyəcəyini açıqlayıb.  Onun sözlərinə görə, sadəcə, təbii inhisarçılıqdan rəqabət sisteminə keçəcəyik, hər iki şirkət sağlam rəqabət əsasında fəaliyyət göstərəcək. M.Tağıyev bildirib ki, yeni bukmeyker şirkətinin adı “Azərlotereya”" olacaq, idarəetmə Türkiyə şirkətinə veriləcək. Onun sözlərinə görə, mərc oyunlarına nəzarəti yenə “Azəridmanservis” MMC həyata keçirəcək. Mərc oyunları ilə məşğul olan ilk şirkətin əvvəlki adı “Azərinteltek” olub. Bu şirkət isə proqram təminatı baxımından Yunanıstanda fəaliyyət göstərən “İntralot”dan qidalanıb. İdarəetməni həyata keçirən yeni şirkətin adı isə “Caspian Tech”dir. O isə artıq Azərbaycan şirkətidir. “Azəridmanservis” Gənclər və İdman Nazirliyi tərəfindən ümumi nəzarəti həyata keçirmək üçün təsis olunmuşdu. Belə desək, gənclər və idman naziri Azad Rəhimovun inhisarında idi. Uzun müddət “TOPAZ”a rəqib olmayıb. A.Rəhimov totalizator məntəqələrində monopoliyanı əlində saxlayıb. İndi isə onun milyonluq biznesinə rəqib gəlir.

Hazırda ABŞ-da müalicə olunan nazirə məxsus olduğu deyilən “TOPAZ”ın son illər durğunluq dövrünü yaşaması da maraqlıdır. Bir müddət əvvəl “TOPAZ”ın əsas səhm paketlərinə nəzarət edən “Turkcell” şirkətinin “Azerinteltek”dəki payını satışa çıxarması barədə məlumat yayılmışdı. Daha sonra isə “Turksel” şirkəti “Azərinteltek” QSC-dəki 51 faizlik paketini 19,5 milyon avro qarşılığında (təxminən 38 milyon manat) “Baltech Investment LLC”-yə satması barədə açıqlama yaydı. Bu dəyişikliklər və Türkiyə şirkətlərinə etimad göstərilməsində məqsəd lotereya, mərc qoyuluşu kimi sahələrdə dirçəlişə nail olmaqdır. İndiyə qədər şirkətlər bu sektorda rentabelliyə nail ola bilməyiblər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Türkiyə lotereya oyunlarının təşkili və yeni məhsulların bazara çıxarılması baxımından təcrübəyə malik olan ölkələrdən biridir. “Bu baxımdan Türkiyə ilə əməkdaşlıq həm də Azərbaycanda bu sahənin inkişafı baxımından vacib hesab olunur. Bu, bir tərəfdən lotereya bazarına inamın artmasına imkan verəcək - bu isə yeni sərmayənin cəlb edilməsi baxımından vacibdir. Digər tərəfdən isə fərqli məhsulların bazara çıxarılması, təqdim olunması, bazarda istehlakçıların sayının artırılması və istehlakçı-sahibkar münasibətlərinin tənzimlənməsi baxımından önəmlidir”, - deyə deputat bildirib.

İqtisadçı ekspert Natiq Cəfərli isə düşünür ki, ziyanla işləyən, büdcədən dotasiya alan dövlət şirkətlərinin özəlləşdirilməsi və idarəetməyə verilməsi illərdir bizim də gündəmə gətirdiyimiz bir məsələdir.

Xatırladaq ki, Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərlotereya” ASC Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib və İqtisadiyyat Nazirliyinə müqavilə təsdiq edildikdən sonra təhvil-təslim işlərinin 5 ay müddətində həyata keçirilməsini təmin etmək həvalə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu müqavilə ilə “Azərlotereya” ASC 10 il müddətinə bu sahədə zəngin təcrübəsi olan türk şirkətinin idarəetməsinə verilir. Nazir deyib ki, şirkətin fəaliyyəti özünü doğruldacağı halda müqavilə müddətinin daha 5 il uzadılması mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Az İnşaat T” inzibati məsuliyyətə cəlb edildi – Məhkəmə işi geri qaytardı

Bu biznes ideyası yerli bazar üçün perspektivlidir

Dərslik istehsalı ilə bağlı 650 min manatlıq müqavilə

Milyarder izah edir: Uğurlu həyata aparan sadə vərdiş hansıdır?

Bu sahibkar 40 min cərimələndi

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Deputata məxsus olduğu deyilən şirkətə 885 min manatlıq sifariş

Kassada başqa, etiketdə başqa qiymət – İstehlakçı hüququ nə deyir?

Çin texnologiya şirkətləri ABŞ embarqosunu bu cür aşır

Robotlara istiliyi və təzyiqi hiss etmək öyrədildi

"İntento AB"nin borcu 1 milyona yaxınlaşdı

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Rahim Hüseynova yüksək VƏZİFƏ VERİLDİ

Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi (VİDEO)

"Şahdağ"ın direktoru işdən çıxarıldı - Yeni təyinat

BP-yə işə düzəldəcəyini dedi, 3 nəfərin pulunu mənimsədi

Müəllimlərə mane olan əlavə tapşırıqlar: "Dərs deyək, yoxsa sənəd hazırlayaq?"

Fransız dərman nəhəngi ABŞ şirkətini 9,1 milyarda alır

“Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi®

"Yüksəliş"in qalibinə AZCON-da vəzifə verildi

3,6 milyon manat vergi borcu olan şirkət kimindir?

Moda dünyasının ən gənc dizayneri - 4 yaşında başlayan karyera yolu

Bu tarixdə qısa iş günü olacaq

Bu tarixdə qısa iş günü olacaq

"Kupça"sı olan vətəndaşın evi bu hallarda məcburi sökülə bilər - SİYAHI

Yeni dərs ilində məktəb formaları dəyişəcək?

Bu uşaqların müavinəti kəsiləcək? - "Qaçqınkom"dan açıqlama

"Facebook"dakı saxta yarışmaya 800 min nəfər necə qatıldı?

İlk 5-likdə yer alsa da, sərvəti azalan 3 milyarder - Kimlərdir?

Bu ölkədən bir kiloqramı 16 manata sarıkök alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin