BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
8377

"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə daha bir "jest” edib. Dövlət şirkətinin Yevlaxin su ve kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı elan etdiyi tenderi E.Vəliyevin ailəsinə yaxın olan şirkət "qazanıb”. Tenderə çıxarılan layihənin ümumi dəyəri 30 milyon manata yaxındır.

Xatırladaq ki, E.Vəliyevin ailəsinə məxsus olan "Rusel” şirkəti (VÖEN- 1600133861) bügünlərdə yeni  bir tenderin qalibi olub. "Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tenderdə müsabiqəsinin qalibi "Rusel” şirkəti elan edilib.

"Dövlət Məşğulluq Agentliyi” Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzi üçün "Rusel” şirkətindən inzibati bina və emalatxana sahəsini icarəyə götürəcək. İcarəyə götrüləcək sahənin minimum 5000 kv.metr olacağı bildirilir. 120 ay müddətinə icarəyə götürüləcək sahə üçün "Dövlət Məşğulluq Agentliyi” "Rusel” şirkətinə 3 milyon 600 min manat 17 qəpik ödəyəcək.

"Rusel” şirkəti 23.06.1994-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 55 min 324 manat 80 qəpik olan şirkət Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr, ev 106B ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Gəncə şəhərinin keçmiş icra başçısının və  oğlu Vəliyev Şahmar Rüstəm oğludur.

Onu da bildirək ki, "Rusel” şirkətinin qanuni təmsilçisi (direktoru) Vəliyev Şahmar Rüstəm oğlu Gəncə şəhər İcra Hakimiyyıtinin sabiq başçısı Elmar Vəliyevin və  Baş prokurorunun müavini, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşıdır.

Hazırda Şahmar Vəliyev "Rusel” şirkəti ilə eyni ünvanda yerləşən "Azneftemaş" ASC-nin prezidentidir. //sfera.az
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yumurta ixracının artması Türkiyədə qiyməti 2 dəfə bahalaşdırıb

Qarabağ bölgəsində 150 ​​min yeni iş yeri açılacaq

Sabiq nazir müavininə Naxçıvanda yüksək vəzifə verildi

Kokosu bu ölkədən alırıq - 1 kiloqramını 3 manatdan

Ölkədə ilk smart televizor istehsal ediləcək

“Bank VTB Azərbaycan”ın rəhbərlərindən biri bankdan ayrılır

Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək

“Microsoft” tədris proqramını istifadəyə verib - İstənilən şəxs pulsuz iştirak edə biləcək

Yeni rüsum müəyyənləşdi - 100 manat tutulacaq

Paytaxtın bu ərazisində su olmayacaq

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Restoran və şadlıq saraylarının sahiblərinə xəbərdarlıq

Birbank QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın®

2 bal və 60 manat cərimə - DYP xəbərdarlıq etdi

Gömrük Komitəsində əməliyyat - Vəzifəli şəxslər həbs edildi

Birləşdirilən institutlarda ixtisarlar olacaq? - Nazirdən CAVAB

Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq

İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib

DİM imtahanları yoxlayan markerlərə 1 milyon manat əməkhaqqı ödəyib

Tramp Çini hədələdi: “Əgər gömrük rüsumunu geri çəkməsə...”

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

Azərbaycandakı gizli qumar dünyası necə işləyir?

Bu tarixdə Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Onların pensiya yaşı 20 ilədək azaldılır - DSMF açıqladı

3 milyonluq MMC bir ili tamam olmadan ləğv olundu

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Neftimizin qiyməti 68 dollara düşüb

Dünyada boşanma sayının ən yüksək olduğu 10 ölkə - SİYAHI

Bir CEO hər şeyi dəyişə bilər?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin