BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
8339

"Əhali əziyyət çəkir. Metronu açın, toylara icazə verin, idman zallarını açın”.

Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. O, insanların pandemiya rejiminin tələblərini pozmayacağına əmin olduğunu bildirib:

"Belə anlaşıldı ki, metro açılmayacaq. Toylara da icazə verilməyəcək. İdman zalları da açılmayacaq. Əslində, bunlar çox sadə məsələdir. Ancaq mürəkkəbləşdirmənin səbəbi var”.
 
 Deputat bunu səbəbini belə izah edib:

"Operativ Qərargah deyilən o mifik yerdə vətəndaşların durumunu, ölkədə gerçək vəziyyəti, insanların psixoloji sarsıntısını anlayacaq dünyagörüşünə, təcrübəyə sahib mütəxəssis sıxıntısı var. Demək, heyvandarlıqla məşğul olan bir sahibkar təsərrüfatının genişləndirilməsi və heyvandarlığın inkişaf etdirilməsi üçün landşaft dizayneri ixtisasında xaricdən mütəxəssis dəvət edib ki, gəlib mümkün ixtisaslaşmış fəaliyyəti gerçəkləşdirsin. Xarici vətəndaşın gəliş-gedişinə Operativ Qərargah icazə verməlidir. Rəsmi qaydada müraciət edib icazə üçün Operativ Qərargaha. Bu Qərargahın da təsərrüfat nədir, sahibkar nədir bilməyən, isti otaqda oturub vaxtında maaşını alan bir sektor müdiri müraciətə cavab verib ki, pandemiya şəraiti olduğuna görə həmin mütəxəssisin gəlməsinə icazə verilmir. Yəni hörmətli Hacıbala müəllimin işlətdiyi məşhur ifadə vardı ha, təqribən onun kimi bir məntiqə dayanan cavab. Bakının keçmiş meri necə deyirdi: "Sizi əmin edirəm ki, Bakı Azərbaycanın paytaxtıdır!" Cavabın unukallığına baxın, pandemiya şəraiti olmasaydı, sahibkarın nəyinə lazım idi sizə müraciət etsin? Ölkədə prezident sahibkarların çətin vəziyyətdə olduğunu nəzərə alıb dövlət büdcəsindən onlara yardım edilməsi üçün göstəriş verir, sahibkarlıq subyektlərinin yoxlanılmasının bir il də irəliyə qadağan olunması barədə qanun layihəsini parlamentə göndərir, buradakı məmur isə iş adamına necə ziyan vurum, vətəndaşın işini necə çətinləşdirim deyə ürəyi istədiyi addımı atır. Kimə anladasan, nəyi izah edəsən?”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Gömrük Komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Britaniya vasitəçilərdən rekord həcmdə Rusiya nefti alır

Xarici ölkələrə tomatın kiloqramını neçəyə satırıq? - 3 ayda ölkəyə 45 milyon dollar gəlir gətirib

Dünyanın ən böyük daşıyıcılarından biri nəhayət ki, Rusiya və Çinlə işə son qoydu

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir ®

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi ®

Naxçıvan DSMF-nin sədri işdən çıxarıldı

Türkiyədə lirə ilə bağlı qərar verildi

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

ABŞ-da məşhur konsaltinq şirkətinə qarşı opioid epidemiyasına görə cinayət işi açıldı

“TikTok” Türkiyədə də qadağan olunur? - Rəsmilər Türkiyə Böyük Millət Məclisinə dəvət olunub

Bağışlanma müqaviləsi hansı halda ləğv edilə bilər?

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Bakıda yeni

Bakıda yeni "mall" bu tarixdə açılacaq (FOTO)

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Maaş artımı istəyən zamanı bunları bilməlisiniz

Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır – Hansı sahələr inkişaf edəcək?

Naxçıvanda yeni nazir müavini təyin edildi

Prezident Şarl Mişeli COP29-a dəvət etdi

Köhnə evdən yeni mənzilə - sakinlərin üzləşdikləri çətinliklər necə həll olunmalıdır?

Azərbaycanda evlər əsasən neçə otaqlıdır? – STATİSTİKA

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin