BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
8315

“Muğan Bank” 2020-ci ilin sonuna olan hesabatını açıqlayıb.

Valyuta.Az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, “Muğan Bank”ın məcmu kapitalı 10 milyon 182 min manatdır. Bu isə normadan 39 milyon 818 min manat və ya 80% azdır. Banklar haqqında qanunun 3.2 maddəsinə əsasən Bankın məcmu kapitalının minimum miqdarı 50 (əlli) milyon manat məbləğində olmalıdır. 

Məcmu kapitalın 50 milyon manatdan az olduğu təqdirdə bankın lisenziyası Azərbaycan Mərkəzi Bankı (AMB)  tərəfindən ləğv olunur və Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən bankın ləğv olunmasına dair işlərə start verilir.

Xatırladaq ki, lisenziyası ləğv olunmuş Amrah Bank, AG Bank, NBC Bank, Dəmir Bank və s. bankların məcmu kapitalı 50 milyon manatdan az idi. Buna görə də bankın məcmu kapitalının normaya qaytarılması üçün bir neçə rüb güzəşt tətbiq ediləcək. Bu güzəşt dönəmində bankın məcmu kapitalı yenə normaya cavab verməsə, “Muğan Bank”ın lisenziyası ləğv olunacaq.
2020-ci ilin sonunda bankın cəmi aktivləri 590 milyon 906 min manat olub ki, bu da 2019-cu ilin eyni rübü ilə müqayisədə 69 milyon 930 min manat və ya 10,5% azdır. Bunun əsas səbəbi isə bankın müştərilərinə verdiyi xalis kreditlərin 29 milyon 532 min manat və ya 8,2% az olmasıdır.

Bankda yerləşdirilən depozitlərin 56 milyon 40 min manat və ya 16,7% azalması”Muğan Bank”ın cəmi öhdəliklərinin 69 milyon 70 min manat və ya 12% azalaraq 504 milyon 27 min manata düşməsinə səbəb olub.

Bankın cəmi kapitalı 156 min manat azalaraq 86 milyon 879 min manata enib.

Faiz gəliri 27 milyon 700 min manat, faiz xərcləri isə 19 milyon 781 min manat olan bankın xalis faiz gəliri 7 milyon 919 min manat olub. Qeyri-faiz gəliri 18 milyon 157 min manat, qeyri-faiz xərcləri isə 28 milyon 295 min manat olub ki, bu da bankın 2 milyon 219 min manat əməliyyat zərərinə səbəb olub.

Qeyd edək ki, mənfəət vergisini hələ də ödəməyən “Muğan Bank” 2020-ci ilin sonunda 707 min manat xalis mənfəət əldə edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin