BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
8295

“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin Bakı filialları da daxil olmaqla, 20-yə yaxın yerli rayon şöbəsi ləğv edilib. 

Valyuta.Az “Qafqazinfo”nya istinadən xəbər verir ki, filial müdirləri şirkət rəhbərliyinin yeni qərarları ilə bağlı dövlətin yüksək qurumlarına şikayət teleqramları ünvanlayıblar. İddiaya görə, “Azərsığorta”nın yeni rəhbərliyi yanvar ayından etibarən işçilərin minimum əmək haqqını ləğv edib və hər kəsə toplanan sığorta haqqının müəyyən faizi qədər ödəniş edilməsi barədə qərar verib. 

Bununla bağlı teleqramı Oğuz, Göygöl, Salyan, Astara, Balakən, Qəbələ, Ağdaş, Qazax, Samux, Sabirabad və digər rayon filiallarının rəhbərləri Maliyyə Nazirliyinə, Mərkəzi Bank və Nazirlər Kabinetinə göndəriblər.

Rayon rəhbərləri teleqramda qeyd ediblər ki, “Azərsığorta” Dövlət Şirkəti filialların 2021-ci il üçün əməyin ödənilməsi üzrə ştat cədvəlini, işlərin görülməsi xərclərinin smetasını və eləcə də sığorta yığımları barədə plan tapşırıqlarını təqdim etməyib: “Bu səbəbdən filialda çalışan işçilərə əmək haqlarının və digər xərclərin ödənilməsində çətinlik yaranıb. Xahiş edirik köməklik göstərəsiniz”.

Bu müraciətləri Maliyyə Nazirliyi araşdırılması üçün Azərbaycan İnvestisiya Holdinqinə göndərib.

“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətindən “Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, şirkətin idarəetmə strukturu korporativ qaydalara uyğunlaşdırılır: "Bir neçə istiqamətdə aparılan uğurlu işlərdən biri də portfelin sağlamlaşdırılması və bəzi xərclərin azaldılmasıdır. Təbii ki, sağlamlaşdırma və izafi xərclərin aradan qaldırılması üçün bəzi rayon filiallarının bağlanması qərara alınıb".

Filialların bağlanmasına əsas səbəblərdən biri kimi filialların aylıq xərclərinin gəlirlərini daha çox üstələməsi olub:

"Yəni sözügedən filiallar əldə etdikləri gəlirlərlə öz xərclərini qarşılaya bilmirdilər. Bu isə yekunda Dövlət Sığorta Şirkətinin gəlirlərinə ciddi təsir etməklə zərərlə işləməsinə gətirib çıxara bilərdi.

Regionlarda və paytaxt Bakıda yerləşən bağlanmış filiallar gəlirlilik baxımından daha səmərəli fəaliyyət göstərəcəyi halda nümayəndəlik statusu daşıyacaq. Regional statusa malik yeni filialların yaradılması nəzərdə tutulub. Fəaliyyəti dayandırılan filialların müdirləri və əməkdaşları cari ilin yanvar ayı üzrə əmək haqqı və müvafiq müavinətlərı alıblar.

Qeyd edək ki, bir neçə gün öncə mediada “Azərsığorta” ilə bağlı daha bir qalmaqallı məlumat yayılmışdı. İddiaya görə, şirkətin departament müdiri Xəyyam Hətəmov yaxın tanışı olan qadının qəzaya düşərək yüngül zədələr alan avtomobilini fotomontajla çox əzilmiş kimi göstərərək 22 min zərər ödətdirib. Şirkət isə məsələ ilə bağlı ətraflı açıqlama verməkdən imtina edərək yazılanların yalan olduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Startaplar üçün vençur studiya yaradıldı - Hansı imkanlar var?

MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır

Bakıda “Maşın bazarı”nda etiraz - VİDEO

Daha bir yüksək vəzifəli məmur yola salınır

Sabiq məmur övladlarının Londondakı şirkətləri maliyyə hesabatlarını açıqlayıblar

Aprelin pensiyası bu tarixdə ödəniləcək - RƏSMİ

Bank, yoxsa BOKT: Hansı daha sərfəlidir?

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparır

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin