BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
8281

Azərbaycanda kiçik və orta biznes (KOB) sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və tənzimlənməsi çərçivəsində ötən il İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə 7 normativ sənəd hazırlanıb.

“Report” xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, həmin sənədlərdən 2-si təsdiq edilib.

Bundan başqa, O.Məmmədov bildirib ki, ötən il ölkədə 4 "KOB dostu" fəaliyyətə başlayıb və onların sayı 25-ə çatdırılıb: "Bu şəbəkənin genişlıəndirilməsi ilə bağlı işlər davam etdiriləcək. Agentlik həmçinin KOB evləri yaradır. Ötən ilin fevral ayında Xaşmaz KOB Evi fəaliyyətə başlayıb. Yaxın günlərdə Yevlaxda KOB evinin yaradılması nəzərdə tutuliur. Həmçinin Bakıda KOB Evininyaradılması üzərində işlər davam etdirilir”.

***

"İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ötən il KOB subyektlərini mövcud maliyyə resursları, onlara çıxşla bağlı məlumatlandırıb, müvafiq təşkilatlarla əlaqələndirib.

Onun sözlərinə görə, KOB subyektlərinin maliyyə bazarındakı alətlərə və mexanizmlərə çıxışının asanlaşdırılması və koordinasiyası məqsədilə Azərbaycan Mərkəzi Bankl, "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi və digər maliyyə qurumlarının iştirakı ilə platforma yaradılıb: "Bu platforma çərçivəsində mütəmadi müzakirələr aparılır".

Bundan başqa, O. Məmmədov bildirib ki, 2020-ci ildə koronavirus (COVID-19) pandemiyasına görə sərgilərin keçirilməsinə məhdudiyyətlər qoyulduğundan Agentlik yalnız ilin əvvəlində mikro və kiçik sahibkarların bir sıra ixtisaslaşmış sərgilərdə təmannasız iştirakına dəstək göstərib: “Bu sərgilərdə KOB subyektləri məhsul və xidmətlərini tanıdıb, satış imkanlarını genişləndirib, yeni işgüzar əlaqələr qurublar".

***

"Ötən il kiçik və orta biznes sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və tənzimlənməsi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə iki normativ-hüquqi akt təsdiq edilib.

Onun sözlərinə görə, ötən il müxtəlif sahələri əhatə edən 86 normativ sənəd layihəsi üzrə rəylər verilib.

O.Məmmədov qeyd edib ki, 2020-ci ildə Agentliyə 3 187 müraciət daxil olub, onlardan 890-ı KOB maraqlarına aid olub. Həmin müraciətlərdən 28 faizi dövlət biznes platformaları çərçivəsində həll olunub, 54 faizi üzrə qanunvericiliyin müvafiq tələbləri izah olunmaqla müvafiq rəy verilib, 11 faizi isə müvafiq strukturlara göndərilib".

***

"Yaxın günlərdə Yevlaxda KOB evinin açılması nəzərdə tutulur.

Sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində 2020-ci ilin fevralında Xaçmaz şəhərində ilk KOB evi fəaliyyətə başlayıb. Ötən il Xaçmaz KOB evində sahibkarlıq subyektlərinə 95 faizi dövlət-biznes (G2B) və 5 faizi biznes-biznes (B2B) xidmətlər olmaqla 20 min 759 xidmət göstərilib. Göstərilən xidmətlərin məmnunluq səviyyəsi 98 faizdir. Hazırda Xaçmaz KOB evində 9 dövlət qurumu tərəfindən 150-dək G2B, 8 özəl şirkət tərəfindən 100-dək zəruri B2B xidmətlər göstərilir. Yaxın günlərdə Yevlax şəhərində KOB evinin açılması nəzərdə tutulur. Bakı KOB evinin təşkili istiqamətində isə işlər davam etdirilir”.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ölkədə iş axtaranların sayı artıb

"Badamlı" şirkətinə yeni direktor təyin edildi

"Badamlı" şirkətinə yeni direktor təyin edildi

Rabitəbank 2025-ci ilin I rübü üzrə maliyyə göstəricilərini açıqladı

Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi qaydaları dəyişdi

Gürcüstan Prezidenti Azərbaycana ilk rəsmi səfərinə gəlib

Naxçıvanda aşkarlanan qanunsuzluqlar açıqlandı

ADY-də yüksək vəzifəyə TƏYİNAT

Hesablama Palatası ötən il 575 milyon manatlıq maliyyə pozuntusu aşkar edib

Nikah və boşanmaların sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək®

Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək®

Söküntülərdə kiçik sahəsi olan evlərə kompensasiyalar necə ödənilməlidir? - AÇIQLAMA

16 illik karyeradan sonra biznes qurdu, brendi dünyada gəzir - Nigarın uğur hekayəsi

Alman lüks avtomobil istehsalçısı iflasa uğrayıb

Ən çox silah idxal edən ölkələr

"Expressbank"da 29%-ə yaxın xalis mənfəət itkisi

Dövlət bu şəxslərə ev verəcək

Rublun qiyməti artarkən, avro azaldı

Ötən gün bank kartlarından 14 minə yaxın pul oğurlanıb

Neftimizin qiymətində artım müşahidə olunur

Korporativ tərcümə ilə bağlı bizneslər nələri bilməlidir?

"Bitcoin" 85 min dollara yüksəldi - Günün kriptovalyuta göstəriciləri

"Yelo Bank"ın mənfəətində 2.9 mln.luq azalma - Hesabat

"Yelo Bank"ın mənfəətində 2.9 mln.luq azalma - Hesabat

Marketinqdə QR kodlardan istifadə - Biznesi inkişaf etdirməyin asan yolu - SƏHƏR OXUSU

Dolların itkiləri artır: Ekspertlərin nə deyir?

"Aldrin layihəsi": "Meta" hamımızın məlumatlarını Çinləmi paylaşır?

Dövlət xidmətindən keçmiş nazirə məxsus şirkətə 10 min manatlıq sifariş

4 milyonluq şirkətin 13 min manat vergi borcu yaranıb

Gömrük Komitəsi “Foreign Fruit” MMC-ni cəzalandırıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin