BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
8209

2021-ci ilin yanvar ayı üzrə Azərbaycanda kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi 23 milyard 189,3 milyon manat təşkil edib.

Mərkəzi Bankın məlumatlarına görə, 2020-ci ilin yanvar ayı ilə müqayisədə depozit və əmanətlərin həcmi 6,6 faiz azalıb.

Belə ki, vəsaitlərdən 8 milyard 202,9 milyon manatı fiziki şəxslərin əmanətlərini, 1 milyard 833,4 milyon manatı maliyyə təşkilatlarının, 13 milyard 153 milyon manatı isə qeyri-maliyyə təşkilatlarının vəsaitlərini əhatə edib. 

Ötən ilin yanvar ayı ilə müqayisədə maliyyə təşkilatlarının depozitlərinin həcmi 5,2 faiz artsa da, qeyri-maliyyə qurumlarında depozitlərinin həcmi 9,3 faiz azalıb.

Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin müvafiq dövrünə nəzərən 4,5 faiz azalaraq 8 milyard 202,9 milyon manat təşkil edib. Onların əmanətlərinin 49,3 faizi milli valyutada (4 milyard 47,5 milyon manat), 50,7 faizi isə xarici valyutada (4 milyard 155,4 milyon manat) olub.

Rezidentlərə məxsus əmanətlərin həcmi fiziki şəxslərə məxsus əmanətlərin 96,5 faizini (7 milyard 917 milyon manat) təşkil edib. Onların banklardakı əmanətlərinin həcmi ötən ilin yanvar ayı ilə müqayisədə üç faiz azalıb.

Qeyri-rezidentlərin, yəni ölkə hüdudlarından kənarda yaşayan və ya ölkədə müvəqqəti qalan fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi isə 286 milyon manatı təşkil edib və 2020-ci ilin müvafiq ayı ilə müqayisədə əmanətlərin həcmi 32,4 faiz azalıb. //oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin