BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
8198

Son günlər əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq ölkədə 50-dən çox yol-nəqliyyat hadisəsi baş verib.

Qarlı hava şəraitinin müşayiət olunduğu ərazilərdə küçələrin qardan təmizlənməməsi nəticəsində baş verən qəzalar maddi zərərlə nəticələnir. Əlbəttə, bu vəziyyətdə sığortalanmış avtomobillərə dəymiş ziyanın ödənilməsi məsələsi gündəmə gəlir.

Zərərçəkən sürücülərin sözlərinə görə, icbari qaydada sığortalanan avtomobilləri özləri təmir etdirmək məcburiyyətindədirlər.

Sığorta üzrə ekspert Əli Bayramov bildirib ki, qarlı-şaxtalı hava şəraitində nəqliyyat vasitələrindən az istifadə etmək tövsiyyə edilir. Çünki yolların buz bağlaması qəza ehtimalını artırır. Bu vəziyyətdə icbari sığortaya arxayın olmamağa çağırır.

“Qarlı hava şəraitində icbari sığorta üzrə ödəniş həyata keçirmək sığorta şirkətləri üçün çox çətindir. Çünki bu vəziyyətdə günahkar tərəfi təyin etmək çətindir və yaxud mümkünsüzdür. Belə olan halda nəqliyyat yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərin hər biri öz avtomobillərini təmir etdirmək məcbriyyətində qalırlar”,-deyə Ə.Bayramov qeyd edib.

Sığorta üzrə ekspert İlkin İbrahimov isə bildirib ki, qarlı havada yol-nəqliyyat hadisələri zamanı bir neçə avtomobilin iştirakı ilə baş verərsə bu zaman araşdırma üçün müəyyən vaxta ehtiyac yaranır, elə bu vaxt itkisi də müəyyən narazııqlara gətirib çıxarır: “Bu hallarla bağlı hesab edirəm ki, Daxili İşlər Nazirliyində operativ qərərgah yaradılmalı hadisələrdə zərərçəkənin və zərərvuranın müəyyən olunması üçün tədbirlər görülə bilər. Eyni zamanda bu hallarda ekspertizanın aparılması da müəyyən vaxt aparır. Uzanan vaxtlardan bəlkə də ən böyüyü ekspertizanın aparılmasında uzanan vaxtdır. Belə hallarla bağlı da tədbirlərin görülməsi daha yaxşı nəticələrə nail olmağa gətirib çıxarar.

Avtomobil qəzalarında icbari sığortası olanlar qarşı tərəfə vurduqları ziyanla bağlı daha rahat nəfəs ala bilirlər. Bu hal 5 min manata kimi dəyən ziyanla bağlıdır. Əgər qarşı tərəfə dəyən ziyan daha çoxdursa o zaman yenə də könüllü sığortanın olması arzuolunandır”. //Bizimyol.info

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AMB kiberdələduzluqla bağlı nəzarətin gücləndirilməsi üçün banklara göstəriş verib

Sabah hava yağmursuz olacaq

Azərbaycanda inflyasiya 6 faizə çatır

Azərbaycanda inflyasiya 6 faizə çatır

2025-ci ilin ən yaxşı hava limanları açıqlandı - SİYAHI

Hansı banklar sistem əhəmiyyətli sayılacaq? - Mərkəzi Bankdan qərar

Murtuza Muxtarovun ev muzeyi yenidən bərpa ediləcək - 7 milyon ayrıldı

Noutbuk istehsalçıları ABŞ-a tədarükləri dayandırdı

Konstitusiya Məhkəməsinin hakimi təqaüdə göndərildi

Natəvan Bayramova vəzifədən getdi

Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR

Bu ixtisaslar üzrə ballar artacaq

Hərbi jurnalistə vəzifə verildi

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

Xanlar Vəliyev sabah hakim təyin ediləcək

Azərbaycanda yeni olimpiya kompleksləri tikiləcək - 15 milyon ayrıldı

Zabrat qəsəbəsində su olmayacaq - Bu tarixdə

Prezidentdən Konstitusiya Məhkəməsinin hakimi ilə bağlı SƏRƏNCAM

Nazirlik maye qaz doldurma məntəqəsinin fəaliyyətini dayandırdı

Tramp 75-dən çox ölkə üçün “gömrük rüsumlarını” azaldıb

Almaniyada yeni hökumət qurulur

Almaniyada yeni hökumət qurulur

Bir gündə vətəndaşların 40 min manatı bank kartlarından oğurlanıb

Utilizasiyaya verilən avtomobillər üçün güzəşt məbləği artırılır? (VİDEO)

Magistratura imtahanında iştirak bahalaşıb

Rubl bahalaşdı, avro ucuzlaşdı

Azərbaycan neftinin qiyməti 64 dollara düşüb

Bakıda 200-ə yaxın bina söküləcək - Ərazilər açıqlandı

Azərbaycanın hərbi prokurorları - SİYAHI

Bəzi ixtisasların tədris müddəti azaldılacaq - RƏSMİ

"Bitcoin" 81 min dollar oldu - Kriptovalyutaların qiyməti artdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin