BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
8176

Son günlər ictimai müzakirələrin əsas mövzularından bir də bələdiyyələrin sakinlərə göndərdiyi bildirişlərdir. Bir çoxları həmin sənədlərin hansı statusda olmasını, cərimələrin aktuallığını öyrənməyə çalışır. Bələdiyyələr isə nəhayət ki, özlərində güc taparaq illərdir yığılıb qalan əmlak və torpaq vergisi borclarını geri almaqda israrlıdır. Çünki toplanan vergilər onların hələlik yeganə gəlir mənbəyi olaraq qalır. Ancaq vergilərin toplanması məsələsində hələ də ciddi problemlər mövcuddur. Bəs bələdiyyələr başqa hansı mənbələrdən gəlir əldə edə bilərlər? Bu qurumların gəlirlərinin artması üçün hansısa dəyişikliklərə ehtiyac varmı?

Valyuta.Az mövzunu araşdırıb.

Bələdiyyələrin qrant vəsaitlərinə çıxışı

Suallara aydınlıq gətirən iqtisadçı Azər Mehdiyev bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsinin ciddi problem olaraq qaldığını deyib. Bu məsələnin köklü həllini  tapmağı, əlavə maliyyə mənbələrinin axtarışı barədə düşünməyin vacibliyi qeyd edib: “Bələdiyyələrə ciddi hakimiyyət statusunun verilməsi və yerlərdə olan hakimiyyətin səlahiyyətlərinin onlara ötürülməsi lazımdır. Uyğun olaraq onlara həmin səlahiyyətlərin həyata keçirilməsi üçün lazım olan maliyyə vəsaitinin dövlət büdcəsindən ayrılması zəruridir. Bunun mexanizmləri işlənməlidir. Yerlərdə bələdiyyələrə ötürülən səlahiyyətlər dəqiqləşdirilməli  və həmin işlərin yerinə yetirilməsi üçün bu gün yerlərdə icra hakimiyyətlərinə ayrılan vəsait artıq bələdiyyələrə verilməlidir”. 

Şəhərlərdə fəaliyyət göstərən bələdiyyələr istisna olmaqla, digərləri çox kiçikdir, xırda kənd bələdiyyələridir. A.Mehdiyev onların indiki əhatə dairəsi bütün hallarda həmin qurumlara normal maliyyə əldə etməyə imkan verməyəcəyini bildirib. Bu baxımdan, kənd bələdiyyələrinin birləşdirilərək böyüdülməsinə ehtiyac olduğunu,  onlara səlahiyyət verilməsini təklif edib. Bununla mövcud bələdiyyə vergiləri çərçivəsində maliyyə potensiallının artırılmasını vacib sayıb. Növbəti mənbə  kimi bələdiyyələrin qrant vəsaitlərinə çıxışının  olmasını qeyd edib: 

“Düzdür, qanunvericilikdə bələdiyyələrin dövlət büdcəsində müəyyən layihələri hazırlayıb təqdim etməklə subsidiyalar almaq və yaxud təyinatlı vəsaitlər almaq imkanı nəzərdə tutulur. Lakin bu gün onlar müxtəlif obyektiv və subyektiv səbəblərdən bundan faydalana bilmirlər. Eyni zamanda bələdiyyələrin donor təşkilatlara birbaşa çıxışı nəzərdə tutulsa da bunun üçün imkanlar məhduddur. Onlar beynəlxalq donor təşkilatları ilə birgə fəaliyyət göstərə bilmirlər. Hətta Avropa Bələdiyyələri Assosiasiyası bir neçə dəfə Azərbaycana səfər edərək yerli bələdiyyələri bu cür layihələrə cəlb etməyə çalışıblar. Təəssüf ki, Azərbaycanda buna yetərincə maraq göstərilmədi. Yaxud xüsusilə, icra hakimiyyəti başçıları və mərkəzi icra orqanları bələdiyyələrin bu cür imkanlardan faydalanmasında maraqlı olmalıdır. Ona görə də bələdiyyələrin maliyyə imkanları məhduddur və onlar müəyyən layihələr həyata keçirə bilmirlər”. 

Əmlak amnistiyasının əhəmiyyəti

Digər maliyyə mənbə kimi qanunvericilikdə bələdiyyə müəssisələrinin yaradılması ilə gəlir götürmək imkanları nəzərdə tutulub. A.Mehdiyev bildirib ki, bu imkanlar reallıqda formal xarakter daşıyır. Çünki əksər bələdiyyələrin hər hansı müəssisə açmaq imkanları məhduddur: 

“Bələdiyyələrin vergi toplamaq imkanları onlara aid olan vergilərin məbləği o qədər də böyük deyil. Şəhər yerlərində bələdiyyələrin fiziki şəxslərə məxsus əmlaklardan vergi toplamaq imkanları məhdud idi. Kənd yerlərində isə ümumiyyətlə, mümükün olmurdu. Kənd sakinlərinin özlərinin maliyyə imkanları yetərli qədər deyil. Bu səbəbdən bələdiyyələrə torpaq və əmlak vergisini toplaya bilmirlər. Bu da işin doğru qurula bilməməsindən irəli gəlir. Ancaq bütün hallarda bu məsələnin həlli bələdiyyələrə müstəsna səlahiyyətlərin verilməsi və onların icrası üçün maliyyənin təmin olunmasından keçir. Belə olduqda, əhalinin bələdiyyələrə tələbi də arta bilər. Onlar da öz fəaliyyətlərini normal təşkil edə bilərlər”.  

 
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli də məsələyə münasibət bildirib. Öncə bələdiyyələrə dövlət büdcəsində nəzərdə tutulan dotasiya və subvensiyanın nəzərdə tutulduğu vaxtdan bir qədər əvvəl, yəni aprel ayının sonunadək ödənilməsini təklif edib. Bununla bələdiyyə qulluqçularının əməkhaqlarının vaxtında ödənilməsi təmin edilə bilər. V.Tofiqli həmin qurumların büdcəsinə əlavə və sabit maliyyə vəsaitinin cəlb edilməsi üçün ilk olaraq ölkəmizdə əmlak amnistiyasının elan edilməsini zəruri sayıb: 

“Əgər bu amnistiya zamanı sənədləsdirmə işi  bələdiyyə üzərindən həyata keçirilərsə, düşünürəm ki, bələdiyyə büdcəsinə rəsmi  şəkildə kifayət qədər maliyyə daxil olmuş olacaq. Sonra isə ilbəil həmin əmlakdan verginin toplanılması  həyata keçiriləcəkdir. Qeyd edim ki, iqtisadiyat naziri Mikayıl Cabbarovun dövlət başçısıyla görüşdə əmlak amnistiyası məsələsinə toxunulub”. 

Yerli icra nümayədəliklərinin və kommunal xidmətlərin ləğv edilərək həmin səlahiyyətlərin yerli özünü idarəetmə qurumlarına verilməsini təklif edən Birlik sədri büdcədən həmin sahələrə ayrılan ayrılan vəsaitlərin bələdiyyələrə ayrılmasının tərəfdarıdır. Bununla həm büdcə vəsaitlərinə qənaət etməyə, həm də sakinlərin məsuliyyətinin artırmağa nail olmaq mümkündür. 

“Bələdiyyələrin əsas büdcə gəliri əmlak və torpaq vergisindən formalaşır. Mehmanxana rüsumları da yerli büdcənin əsas istiqamətlərindəndir. Lakin vergilərin toplanılmasında bələdiyyə vergi ödəyicilərinə qarşı hər hansı ciddi sanksiya tətbiq etmək iqtidarında deyil. Bəzən də ciddi maneələrlə üzləşdiyindən geri çəkilmək məcburiyyətində qalır. Odur ki, qanunvericilikdə həm əmlak və torpaq vergisinin artırılmasına və sanksiya tətbiqiylə bağlı məqamlara baxılması daha düzgün qərar ola bilər”.

V.Tofiqli bələdiyyələrin nüfizinin artırılması üçün bələdiyyə assosiasiyalarının fəaliyyətinin daha səmərəli və keyfiyyətli olmasını vacib sayır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Az İnşaat T” inzibati məsuliyyətə cəlb edildi – Məhkəmə işi geri qaytardı

Bu biznes ideyası yerli bazar üçün perspektivlidir

Dərslik istehsalı ilə bağlı 650 min manatlıq müqavilə

Milyarder izah edir: Uğurlu həyata aparan sadə vərdiş hansıdır?

Bu sahibkar 40 min cərimələndi

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Deputata məxsus olduğu deyilən şirkətə 885 min manatlıq sifariş

Kassada başqa, etiketdə başqa qiymət – İstehlakçı hüququ nə deyir?

Çin texnologiya şirkətləri ABŞ embarqosunu bu cür aşır

Robotlara istiliyi və təzyiqi hiss etmək öyrədildi

"İntento AB"nin borcu 1 milyona yaxınlaşdı

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Rahim Hüseynova yüksək VƏZİFƏ VERİLDİ

Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi (VİDEO)

"Şahdağ"ın direktoru işdən çıxarıldı - Yeni təyinat

BP-yə işə düzəldəcəyini dedi, 3 nəfərin pulunu mənimsədi

Müəllimlərə mane olan əlavə tapşırıqlar: "Dərs deyək, yoxsa sənəd hazırlayaq?"

Fransız dərman nəhəngi ABŞ şirkətini 9,1 milyarda alır

“Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi®

"Yüksəliş"in qalibinə AZCON-da vəzifə verildi

3,6 milyon manat vergi borcu olan şirkət kimindir?

Moda dünyasının ən gənc dizayneri - 4 yaşında başlayan karyera yolu

Bu tarixdə qısa iş günü olacaq

Bu tarixdə qısa iş günü olacaq

"Kupça"sı olan vətəndaşın evi bu hallarda məcburi sökülə bilər - SİYAHI

Yeni dərs ilində məktəb formaları dəyişəcək?

Bu uşaqların müavinəti kəsiləcək? - "Qaçqınkom"dan açıqlama

"Facebook"dakı saxta yarışmaya 800 min nəfər necə qatıldı?

İlk 5-likdə yer alsa da, sərvəti azalan 3 milyarder - Kimlərdir?

Bu ölkədən bir kiloqramı 16 manata sarıkök alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin