BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
8056

Azərbaycanda xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq uzun müddətdir ki, Bakı metropoliteninin fəaliyyəti dayandırılıb. Metronun bağlanması virusa yoluxanların sayının azaldılması tədbirləri ilə əlaqələndirilir.
 
Bəs, metronun bağlı qalması ona iqtisadi cəhətdən hansısa zərər və ya fayda gətirirmi?
 
"Bakı Metropoliteni” QSC zərərlə işləyən dövlət müəssisələrindən biridir. Dövlətin ayırdığı subsidiya nəzərə alınmasa, metronun gəliri xərclərindən 3 dəfə azdır. Metro faəliyyət göstərmədikdə xərclər xeyli azalır və nəticədə büdcədən daha böyük subsidiya ayrılmasına ehtiyac qalmır.

"Bakı Metropoliteni” QSC-nin 2020-ci ildəki maliyyə vəziyyətinə dair hesabatı hələlik açıqlanmayıb, son hesabat məlumatı 2019-cu ilə aiddir.
 
2019-cu ilə dair olan hesabata əsasən deyə bilərik ki, metronun bağlı qalması onun zərərlərini xeyli azaldır. Həmin ildə metronun illik gəliri 124 milyon manat təşkil edib. Gəlirin 68,92 milyon manatı sərnişindaşımadan, 5,7 milyon manatı sair əməliyyat (reklam, xidmət və s.) gəlirlərindən, 49,4 milyon manatı dövlət büdcəsindən ayrılan subsidiyadan ibarətdir. Buradan aydın olur ki, metronun günlük gəliri orta hesabla 340 min manat, yalnız sərnişindaşıma və digər gəlirlər nəzərə alınarsa 204 min manat olub.
 
Xərclər daha böyükdür. Metronun xərcləri təxminən 179 milyon manat təşkil edir. Ən böyük xərc istiqamətləri amortizasiya (torpaq, tikili və avadanlıqlarla bağlı) (95,8 milyon manat), işçi heyəti üçün xərclər (46 milyon manat), elektrik enerjisi xərcləri (11,2 milyon manat), istifadə edilən materiallar (6,4 milyon manat), su və kanalizasiya xidməti xərcləridir (4,1 milyon manat). Metro fəaliyyət göstərdikdə bir gündə orta hesabla 490 min manat xərcləyir. Əmək haqqı nəzərə alınmadıqda isə günlük xərc 364 min manatdır.
 
2019-cu ildə metropolitenin zərəri 55,1 milyon manat, gündəlik zərər orta hesabla 151 min manat olub.
 
Metronun uzun müddət bağlı qalması onu günlük 204 min manatlıq subsidiyadan kənar (sərnişindaşıma və digər gəlirlər) gəlirdən məhrum etdiyi kimi 364 min manatlıq əmək haqqından kənar olan gündəlik xərclərin böyük hissəsindən də azad edir. Metro istifadə edilmədikdə gündəlik 262,4 min manatlıq amortizasiya xərclərinə, 30,7 min manatlıq elektrik enerjisi, 17,5 min manatlıq material, 11,2 min manatlıq su və kanalizasiya xərclərinin böyük hissəsinə qənaət olunur. Nəticədə metronun işləmədiyi hər gün üzrə adıçəkilən xərcləri dəfələrlə azalır. Ən yaxşı halda bu növ gündəlik xərclər 30-35 min manatı ötmür.

Beləliklə, metro fəaliyyət göstərmədikdə onun yeganə gəliri subsidiya olur. Subsidiyanın günlük məbləği 135 min manatdır. Əmək haqqı (günlük 135 min manat) və digər xərclər (30-35 min) nəzərə alınarsa cəmi gündəlik xərclər 161 min manatı ötmür. Deməli, metro işləmədikdə gündəlik zərər 26 min manat səviyyəsinə düşür ki, bu məbləğ metro işlədikdə qeydə alınan 151 min manatlıq gündəlik zərərdən təxminən 6 dəfə və ay 125 min manat azdır.
 
2020-ci ildə metro uzun müddət bağlı olub. Ötən ilin martın 31-dən mayın 9-na kimi, iyulun 4-dən sentyabrın 14-nə kimə və oktyabrın 19-dan ilin sonuna qədər bağlı qalıb. Ümumilikdə 2020-ci ildə metro 186 gün bağlı qalıb. Amma fəaliyyətinə icazə verildiyi dövrlərin bəzi şənbə və bazar günlərində də metro işləməyib. Bu da nəzərə alınarsa ötən il metro 200 gündən çox bağlı qalıb.
 
Hər gün zərərin 125 min manat azalmasını nəzərə alsaq, aydın olur ki, yalnız ötən il metro bağlı qaldığından zərəri 25 milyon manatdan çox azalıb. 2021-ci ildə metro artıq 54 gündür ki, işləmir və bu müddətdə metropolitenin zərəri 6,75 milyon manat azalıb. // Sfera.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilir

ADB Azərbaycan üçün 2025-ci il inflyasiya proqnozunu artırıb

İncə göstərən güzgülər mağazalara milyonları necə qazandırır?

Neftimizin qiyməti 68 dollardan aşağı düşüb

Eyni məhsul aptek və marketlərdə niyə fərqli qiymətə satılır?

Qroznı hava limanı uçuşları dayandırdı

Avro və rubl bahalaşdı, dollar sabit qaldı

"Bitcoin" 76 dollara düşdü - Kriptovalyuta bazarının son göstəriciləri

Evdə kompüter, cibdə kalkulyator dövrünü başladan Klayv Sinkler - SƏHƏR OXUSU

Evdə kompüter, cibdə kalkulyator dövrünü başladan Klayv Sinkler - SƏHƏR OXUSU

Dövlət qurumu 58 min manatlıq jurnal alır

Şimal Buzlu okeanından mənfi acı rekord: Qorxulu göstəricilər açıqlandı

Dünyanın nəhəng şirkətləri 1 həftədə 1,86 trilyon dollar itirdi

“MECC” MMC-nin külli miqdarda vergi borcu yaranıb

“Evakuator.Az”ın rəhbəri cərimələndi, məhkəmə qərarı ləğv etdi

"Goldman Sachs"dan xəbərdarlıq: Neft qiymətləri daha da enə bilər

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Xaricdən gələn yükün plombunu qopardı - “Saloğlu Fərdi” firması cərimələndi

"Samsung" birinci rübdə gözləntiləri üstələdi

Məşhur Çin şirkətinə istehsalı ölkədən çıxarmaq qadağan edildi

Kəmaləddin Heydərovun oğlanlarının Londondakı son şirkəti də ləğv olunur

8 manata alıb 5 dəfə ucuz satmışıq - 1 manat 67 qəpikdən

"iPhone"un yaradıcısı "OpenAI"ın rəhbəri ilə birləşdi - Yeni cihaz gəlir

Nazirliyin 300 minlik tenderi ləğv edildi

Kolizeyə bilet satışında manipulyasiya: Tur-operatorlar 20 milyon avro cərimələndi

İran üzərindən Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək elektrik verilişi xətti tikiləcək

Balakən 38 minə işıqlandırılacaq

Xanlar Vəliyev təqaüdə göndərildi

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Bakıda bağçadan 9 ədəd ağac kəsildi – Vəzifəli şəxs cərimələndi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin