Bank
23.02.2021 / 12:48
Banklar daha çox dollar aldı - MƏBLƏĞ
8027
23 fevral 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Valyuta.Az xəbər verir ki, hərracda tələb 58,3 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Xatırladaq ki, 18 fevral 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 46,9 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
2021-ci ilin əvvəlindən bu yana keçirilən 13 valyuta hərracında 1 milyard 38,3 milyon dollar satılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay