
İpoteka istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb
Bakı Fond Birjası (BFB) ipoteka istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlayıb.
BFB-dən bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı, istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.
İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, fevralın 19-da AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, fevralın 19-dan etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 727,76 manat təşkil edir.
Qeyd olunanları nəzərə alaraq, yuxarıda göstərilən ipoteka istiqrazları üzrə növbəti faiz ödənişi dövründə 3 faizlik faiz gəliri 727,76 manat məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 727,76 manat olması nəzərə alınmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay