Nazirlik vergi borcu olan şirkətlə gül müqaviləsi bağladı - FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün əlamətdar günlərlə əlaqədar gül və əklillərin satın alınması müqaviləsi imzalayıb.
Valyuta.Az xəbər verir ki, məbləği 12 min 370 manat olan müqavilə “Floreal” MMC ilə bağlanılıb.
Qeyd edək ki, 30.09.2019 tarixində yaradılan şirkətin nizamnamə kapitalı 100 manatdır. İnternet resurslarında şirkətlə bağlı hər hansı bir məlumat yoxdur. Buna rəğmən, şirkət ötən il də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eyni adlı kotirovka sorğusunun qalibi olub. Amma 24 fevral 2020-ci il tarixində bağlanan müqavilənin məbləği 11 min 410 manat təşkil edib.
Şirkətin bu günə həm də 387 manat 36 qəpik vergi borcu var.
“Dövlətsatınalmaları haqqında qanunun” 6. 2. 5-ci maddəsinə əsasən dövlətə vergi borcları olan şirkətlərin satınalmalarda iştirakı qadağandır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay