BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
7965

2020-ci il Azərbaycanın xarici iqtisadi mövqeyi COVID-19 pandemiyasının təsirləri və əsas ixrac məhsullarının qiymətlərinin dəyişimi şəraitində formalaşıb.

Valyuta.Az Mərkəzi Bankın Pul siyasəti icmalına əsasən xəbər verir ki, 2020-ci ildə ölkəmizin xarici ticarət dövriyyəsi 24,5 milyard ABŞ dolları təşkil edib. Bunun 13,7 milyard ABŞ dolları (və ya 56%-i) ixracın, 10,7 milyard ABŞ dolları (və ya 44%-i) isə idxalın payına düşüb. Xarici ticarət balansında 3 milyard ABŞ dolları məbləğində müsbət saldo əmələ gəlib.
İl ərzində 183 ölkə ilə ticarət əməliyyatları həyata keçirilib. Ticarət dövriyyəsinin yarıdan çoxu İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya və Ukrayna kimi ölkələrin payına düşüb. Əvvəlki dövrlərdə olduğu kimi ticarət dövriyyəsində ən yüksək pay İtaliyaya məxsus olub. 2020-ci ildə İtaliya ilə ticarət dövriyyəsinin ümumi dövriyyədə payı 2019-cu ilə nəzərən 0,6 faiz bəndi artaraq 18,7 faiz təşkil edib. Türkiyə ilə ticarət dövriyyəsinin ümumi dövriyyədə payı 3,5 faiz bəndi artaraq 17 faiz, Rusiya ilə 1,9 faiz bəndi artaraq 10,9 faiz, Çin ilə 1 faiz bəndi artaraq 7,6 faiz Ukrayna ilə 0,7 faiz bəndi artaraq 3,2 faiz olub. Almaniya ilə ticarət dövriyyəsinin ümumi dövriyyədə payı isə 1,6 faiz bəndi azalaraq 3,3 faiz təşkil edib.

2020-ci ildə pandemiya ilə bağlı qlobal tələbin daralması nəticəsində ixrac 30 faiz azalıb. İxracın dəyərində xam neft üzrə 36,8 faiz, neft məhsulları üzrə 36,2 faiz, təbii qaz üzrə isə 7,4 faiz azalma qeydə alınıb. Neft ixracı 2020-ci il ərzində 32,6 faiz, qeyri-neft ixracı isə 5,3 faiz azalıb.

İl ərzində qeyri-neft sektoru üzrə ixracı artan əsas məhsullar pambıq lifi və meyvə-tərəvəz olub: ixracın dəyəri pambıq lifi üzrə 7,5 faiz, meyvə-tərəvəz üzrə isə 0,3 faiz artıb.

2020-ci ildə əmtəə idxalı 21,5 faiz azalıb. O cümlədən, dövlət sektoru üzrə əmtəə idxalı 2,3 dəfə azalaraq 1,8 milyard ABŞ dolları, özəl sektor üzrə 6,5 faiz azalaraq 7,9 milyard ABŞ dolları, fiziki şəxslər üzrə isə 4,7 faiz azalaraq 1 milyard ABŞ dolları olub.

2020-ci ildə ölkəyə daxil olan pul baratları əvvəlki ilə nəzərən 3,9 faiz artaraq 970 milyon ABŞ dollarına çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İsmayıllıdakı lüks otel 9 milyona hərraca çıxarıldı

Sabah Bakının iki rayonunda qaz olmayacaq

“Dədə Qorqud” şadlıq evi bağlandı - VİDEO

Heç kim bu qədərini gözləmirdi: 157 milyon dollar gəlir...

Əhaliyə 46,1 milyon manat ƏDV qaytarılıb

Naxçıvanda pensiyalar ödənilib

Bakıda yeni park salınacaq

“Avşarlar"ın “Mona Liza”sı saxta araq verirmiş - FOTOLAR

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

İşdən çıxarılanların nəzərinə: Bu halda əmək haqqı ödənilməlidir

ABB əməkdaşlarının futbol oyununa 25 min manat xərcləyəcək

"A-Qroup Sığorta"nın yığımları azalmaqda davam edir

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Nazirlikdə keçirilən tədbirlərə 2 milyon 300 min manat pul xərclənib

Bu vulkanların ərazisinə giriş dayandırıldı

Yeni nəsil kassa aparatları ilə dövriyyə 6 milyard manatı ötüb

Mərkəzi Bank “Azərpoçt”u cərimələdi - 50 000 ödəyəcək

Bakıda iaşə dövriyyəsi 220 milyon manatı ötüb

Azərbaycanda startap və innovasiyalar üçün dəstək mexanizmləri özünü doğruldurmu?

Bakı şəhərində ticarət dövriyyəsinin həcmi neçə faiz artıb? - STATİSTİKA

SOCAR-ın törəməsinin adı dəyişdirildi, yeni rəhbər təyin edildi - FOTO

Dünya təcrübəsinin tətbiq olunduğu Aqropark - Ağsu Aqroparkı

Bakıda işləyənlər 1 332 manat əməkhaqqı alır - RƏSMİ

Bakıda işləyənlər 1 332 manat əməkhaqqı alır - RƏSMİ

Sığorta daxilolmaları artıb - İşsizlikdə 14%-lik yüksəliş

Kompüter təmiri ilə məşğul olan sahibkar nə qədər vergi və sosial ödənişlər etməlidir?

Yumurta ixracının artması Türkiyədə qiyməti 2 dəfə bahalaşdırıb

Qarabağ bölgəsində 150 ​​min yeni iş yeri açılacaq

Sabiq nazir müavininə Naxçıvanda yüksək vəzifə verildi

Kokosu bu ölkədən alırıq - 1 kiloqramını 3 manatdan

Ölkədə ilk smart televizor istehsal ediləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin