BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
7959

Dövlət Statistika Komitəsi 2021-ci il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayını 1 milyon 691 min 800 nəfər, orta aylıq nominal əməkhaqqını 707,3 manat göstərib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatında bildirilir ki, minimum maaş 250 manat, median əməkhaqqı isə 343 manatdır. 

Valyuta.Az xəbər verir ki, iqtisadçı Qubad İbadoğlu rəsmi hesabatları şərh edərək bildirib ki, Azərbaycanda median əməkhaqqının 343 manat və daha aşağı olması, təkcə hazırkı yaşam şərtlərini ağırlaşdırmır, eyni zamanda gələcəkdə pensiya təminatında da problem yaradır. 

O bildirib ki, mövcud qanunvericiliyə görə, güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün kişilərin 65, qadınların isə 62 yaşında ya 25 il sığorta stajı, ya da 28.800 manat minimum pensiya kapitalı olmalıdır. Bunlardan heç birini ödəyə bilməyənlərə pensiya yaşı çatanda 130 manat qocalıq müavinəti verilir: 

"Kimsə günəmuzd işləyirsə, rəsmi olaraq maaş almırsa, o da pensiya ala bilməyəcək. Kimsə əmək müqaviləsiz çalışırsa, pensiya ala bilməyəcək. Qanuna görə, 25 il iş stajı olub, tələb olunan 28.800 manat pensiya kapitalını yığa bilməyənlər minimum məbləğdə pensiya alacaqlar. Odur ki, hər kəsin aşağı maaşla ən azı 25 il işləməyi lazımdır. Kimsə işləyirsə, ayda, 250 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 38,4 il çalışması gərəkdir. 

Ayda 300 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 32 il çalışması gərəkdir. 350 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz olaraq 27,4 il işləməyi lazımdır. 

Bu hesablamalar, minimum pensiya məbləği 200 manat olduğu halda keçərlidir. 

Əgər minimum pensiya məbləği 250 manat olarsa, onda minimum pensiya kapitalı 36 000 manata, əgər minimum pensiya məbləği 300 manata qədər artırılarsa, onda minimum pensiya kapitalı 43200 manata qalxacaq". 

"Hesablamalar göstərir ki, işsizlik və aşağı əməkhaqqı səbəbindən Azərbaycanda potensial olaraq 2,5 milyon nəfər – əmək qabliyyətli əhalinin yarısı – hazırkı şərtlərlə və göstəricilərlərlə hətta 65 yaşına çatsa da, belə onlara pensiya deyil, qocalıq müavinəti veriləcək. Hazırda əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərə "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanuna əsasən, əmək qabiliyyəti olmayan şəxslər işləmədikdə yaşa görə 130 manat sosial müavinət (qocalıq müavinəti) almaq hüququ var”, - iqtisadçı bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Noutbuk istehsalçıları ABŞ-a tədarükləri dayandırdı

Konstitusiya Məhkəməsinin hakimi təqaüdə göndərildi

Natəvan Bayramova vəzifədən getdi

Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR

Bu ixtisaslar üzrə ballar artacaq

Hərbi jurnalistə vəzifə verildi

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

Xanlar Vəliyev sabah hakim təyin ediləcək

Azərbaycanda yeni olimpiya kompleksləri tikiləcək - 15 milyon ayrıldı

Zabrat qəsəbəsində su olmayacaq - Bu tarixdə

Prezidentdən Konstitusiya Məhkəməsinin hakimi ilə bağlı SƏRƏNCAM

Nazirlik maye qaz doldurma məntəqəsinin fəaliyyətini dayandırdı

Tramp 75-dən çox ölkə üçün “gömrük rüsumlarını” azaldıb

Almaniyada yeni hökumət qurulur

Almaniyada yeni hökumət qurulur

Bir gündə vətəndaşların 40 min manatı bank kartlarından oğurlanıb

Utilizasiyaya verilən avtomobillər üçün güzəşt məbləği artırılır? (VİDEO)

Magistratura imtahanında iştirak bahalaşıb

Rubl bahalaşdı, avro ucuzlaşdı

Azərbaycan neftinin qiyməti 64 dollara düşüb

Bakıda 200-ə yaxın bina söküləcək - Ərazilər açıqlandı

Azərbaycanın hərbi prokurorları - SİYAHI

Bəzi ixtisasların tədris müddəti azaldılacaq - RƏSMİ

"Bitcoin" 81 min dollar oldu - Kriptovalyutaların qiyməti artdı

Hansı rəng daha çox satır? - Marketinqin ən rəngli sirləri - SƏHƏR OXUSU

Hansı rəng daha çox satır? - Marketinqin ən rəngli sirləri - SƏHƏR OXUSU

Azərbaycan kiloqramı 17 manatdan ilbiz alıb

Deputatın şirkətinə 500 manatlıq sifariş

Çinin yeni sürprizi: USB-C-ni belə kölgədə qoyacaq kabel standartı - GPMI

Qusarın dağ kəndinə 1 milyon manatdan artıq turizm yatırımı

Dövlət qurumlarına avtobus satan şirkətin sahibinə “stop” qoyula bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin