BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
7936

May ayında Britaniya paytaxtının sakinləri London Məclisinin üzvlərini və şəhərin bələdiyyə başçısını seçəcəklər. London meri vəzifəsi uğrunda mübarizə aparan 20-dək namizəddən biri də azərbaycanlı Kamran Balayevdir. Onun namizədliyini 2017-ci ildə yaradılmış "Renew" mərkəzçi partiyası irəli sürüb.

Yaylan xəbərlərdən sonra Cambridge və London iqtisadiyyat və siyasi elmlər məktəbinin məzunu olan 39 yaşlı hüquqşünas Kamran Balayevin personasına Azərbaycanda da maraq artıb.

Valyuta.Az xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli maraqlı bir fakt açıqlayıb. O bildirib ki, Kamran Balayev Milli Məclisin eks sədri Oqtay Əsədovun keçmiş kürəkənidir: "Boşanandan sonra Kamran Balayev o zaman MM-ə rəhbərlik edən Oqtay Əsədovun təzyiqlərinə məruz qalıb. Oqtay Əsədov MM mühafizəçilərindən istifadə etməkdən çəkinmədən onun şəxsi mənzilinin qapılarını qırıb, evini ələ keçirmişdi. Ona övladları ilə görüşməyə imkan vermirdi. Kamran Balayev həbs təhlükəsindən və təqiblərdən başını götürüb İngiltərəyə qaçmışdı.  
Budur, o gənc indi London meri olmağa hazırlaşır". 

Kamran Balayev isə BBC-yə açıqlamasında seçkilərdə çox ciddi namizədlərlə qarşı-qarşıya gəldiyini deyir. Belə ki, ənənəvi olaraq, London iki iri partiyanın - Leyboristlərlə Mühafizəkarların siyasi rəqabət səhnəsinə çevrilir.

Hazırda şəhərə Leyboristlərin nümayəndəsi Sadiq Khan rəhbərlik edir. O, bu vəzifədə hazırkı Baş nazir, Mühafizəkarlar Partiyasının lideri Boris Johnson-u əvəzləyib.

"Britaniyada çox vaxt seçicilər şəxsiyyətə yox, partiyaya səs verirlər. Hətta bəzən namizədin kim olduğunu bilməsələr də, öz partiyalarının nümayəndəsini dəstəkləyirlər," - Kamran Balayev  bildirib.

Onun sözlərinə görə, çox sayda tərəfdarı olan aparıcı partiyalar üzərində qələbə qazanmaq olduqca çətindir.

"Şansımız aşağıdır, amma təbii ki, udmaq istəyirik" - Kamran Balayev deyir.

Ancaq o, qələbə qazanmağın yeganə məqsəd olmadığını deyir: "Hesab edirəm ki, platformamız seçicilər üçün maraqlıdır. Digər partiyalar görəndə ki, belə proqramımız var, onu mənimsəyib, tətbiq edə bilərlər. Bu cəmiyyət üçün faydalı olan bir şeydir".

London bələdiyyə seçkilərində səs vermək üçün 6 milyondan çox seçici qeydiyyatdan keçib. Səsvermə 6 mayda keçirilməlidir. Sonuncu seçkilər 2016-ci ildə baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bakı Mühəndislik Universiteti"nin nəzdində yeni institut yaradıldı

"Bakı Mühəndislik Universiteti"nin nəzdində yeni institut yaradıldı

Köçkünləri geri qayıtmağa təşviq etmək üçün 1.8 milyon manat ayrıldı

Həyat sığortasına maraq artır – İlk 2 ayda 110 milyon manat yığılıb

Aprel ayının pensiyaları ödənildi

Baş həkim klinikasına lift qoymağa icazə üçün 95 min verdi - Mənimsənildi

Könül Mehdiyeva UEFA-dan təyinat alıb

Bu ölkədən saqqızın kilosunu 50 manata alırıq

AMB kiberdələduzluqla bağlı nəzarətin gücləndirilməsi üçün banklara göstəriş verib

Sabah hava yağmursuz olacaq

Azərbaycanda inflyasiya 6 faizə çatır

Azərbaycanda inflyasiya 6 faizə çatır

2025-ci ilin ən yaxşı hava limanları açıqlandı - SİYAHI

Hansı banklar sistem əhəmiyyətli sayılacaq? - Mərkəzi Bankdan qərar

Murtuza Muxtarovun ev muzeyi yenidən bərpa ediləcək - 7 milyon ayrıldı

Noutbuk istehsalçıları ABŞ-a tədarükləri dayandırdı

Konstitusiya Məhkəməsinin hakimi təqaüdə göndərildi

Natəvan Bayramova vəzifədən getdi

Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR

Bu ixtisaslar üzrə ballar artacaq

Hərbi jurnalistə vəzifə verildi

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

Xanlar Vəliyev sabah hakim təyin ediləcək

Azərbaycanda yeni olimpiya kompleksləri tikiləcək - 15 milyon ayrıldı

Zabrat qəsəbəsində su olmayacaq - Bu tarixdə

Prezidentdən Konstitusiya Məhkəməsinin hakimi ilə bağlı SƏRƏNCAM

Nazirlik maye qaz doldurma məntəqəsinin fəaliyyətini dayandırdı

Tramp 75-dən çox ölkə üçün “gömrük rüsumlarını” azaldıb

Almaniyada yeni hökumət qurulur

Almaniyada yeni hökumət qurulur

Bir gündə vətəndaşların 40 min manatı bank kartlarından oğurlanıb

Utilizasiyaya verilən avtomobillər üçün güzəşt məbləği artırılır? (VİDEO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin