BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7677
  • RUB
    1.6998
  • TRY
    0.0482
  • GBP
    2.1315
7870

Ölkəmizdə innovasiya ekosisteminin inkişafına dəstək verən "Azərbaycan Beynəlxalq Bankı" ASC-NİN IBA İnnovasiya Mərkəzi ilk startap proqramını başa çatdırıb.

Ötən ilin iyununda elan edilmiş müsabiqə əsasında seçilən 12 komanda Mərkəzdə inkubasiya mərhələsi keçib. Bu komandaların üzərində çalışdıqları layihələrin çoxu maliyyə texnologiyaları (FinTech) sahəsinə aiddir. Mərkəzin ilk rezidentləri sırasında ABB-nin ötən il keçirdiyi 1-ci IBA Regional Hakatonunda iştirak etmiş komandalar da var.

İnkubasiya dövründə komandalara bir sıra xidmətlər, o cümlədən mentor, kouçinq köməyi, texniki dəstək göstərilib. Rezidentlərlə müntəzəm iş üçün xarici ölkələrdən startapların inkişafı üzrə beynəlxalq təcrübəyə malik peşəkar mentorlar, məsləhətçilər cəlb edilib. Komandalar lazımi infrastruktur imkanları ilə təmin edilib. Bazar reallıqlarının, real tələblərin təhlili üçün müştərilərlə görüşlər təşkil olunub.

Startap layihələrinin inkubasiya dövründən sonra ilkin kapital əldə edə bilməsi üçün ABB IBA İnvestor Klubunu da yaradıb. Bu klubun məqsədi Bankın tərəfdaşları arasından potensial investorları bir araya gətirmək və startap layihələrini onlara təqdim etməkdir. Hazırda Klub çərçivəsində ayrı-ayrı investorlarla startapçıların görüşləri keçirilir. Layihələrə ilkin investisiya qoyuluşu məsələləri müzakirə edilir. İnkubasiya proqramında iştirak etmiş komandaların işgüzar çevrəsinin formalaşmasına şərait yaradılır.

Fevralın 27-də isə startap layihələrinin onlayn təqdimatı tədbiri təşkil ediləcək. Maraqlanan hər kəs əvvəlcədən qeydiyyatdan keçməklə təqdimata qatılıb startap layihələri ilə tanış ola, investisiya imkanlarını dəyərləndirə bilər. Qeydiyyat üçün: //ibainnovation.az/demoday

Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook" səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət qurumu ilə şirkət arasında cərimə qalmaqalı

Yer nə vaxt yaşayış üçün yararsız olacaq? - İlon Mask açıqladı

"Apple"ın dəyəri 4 trilyon dollara yaxınlaşdı

Dolların dünya ehtiyatlarında payı son 30 ildə minimuma düşdü

"Xanni-2017" məhkəmə qarşısında

"Forbes"in siyahısında yer alan milyarder uğurun sirrini açıqladı

Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı

Naxçıvanın Təcili Tibbi Yardım Xidməti 980 minlik cihaz alır

Yapon şirkəti qlobal ticarət müharibəsinə hazırlaşır

Yapon şirkəti qlobal ticarət müharibəsinə hazırlaşır

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycan çempionatında bazar dəyəri yüksək olan futbolçular açıqlanıb

2024-cü ildə baş verən təyyarə qəzaları

"Yük Taksisi.Az" böyük məbləğdə cərimələnə bilər

Nazir Rəşad Nəbiyev: Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub

AZAL: Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb

2025-ci ildə dövlət büdcəsindən ayrılacaq subsidiyalar - TOP 5

25 BOKT nizamnamə kapitalı ilə bağlı yeni tələblərə cavab vermir

Rüşvətlə plastik cərrahiyyəyə icazə verən şəxslər həbs edildi

Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı etiraf

Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı etiraf

AZAL Rusiyanın 10 şəhərinə uçuşları dayandırır

“Azərbaycan Sənaye Korporasiyası” ləğv edildi

Vergilər Məcəlləsinə edilən son dəyişikliklər...

Prezident süni torpaq sahələri ilə bağlı bəzi qanunlarda dəyişiklikləri təsdiqləyib

Azərbaycan təyyarə qəzasının araşdırılması üçün Türkiyə mütəxəssislərini cəlb edib

Məmura cərimə yazıldı

Bu şəxslər üçün vergi güzəştləri gələn ildən qüvvəyə minəcək

Milli Məclisin deputatları tətilə çıxır

Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?

Nazirliyin çağrı mərkəzi süni intellektlə idarə olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin