BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
7844

Ermənistanın Sünik bölgəsindən (Zəngəzur)  keçən Gorus-David Bek yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə qayıdacaq.

Bu xəbəri Ermənistanın yerli mediası “Hraparak” (“Meydan”) qəzetinə istinadən yayıb.

Məlumatda bildirilib ki, ikitərəfli razılığa əsasən, yolun bu hissəsi təxminən üç il Ermənistan və Azərbaycan tərəfindən birgə istismar ediləcək. Üç ilədən sonra isə yolun həmin hissəsi tamamilə Azərbaycanın nəzarətinə keçəcək. Bu xəbər Ermənistanda etirazlarla qarşılanıb. Erməni sosial media istifadəçiləri Ermənistan hakimiyyətini Azərbaycana güzəştə getməkdə, əhalyə hər şeyin yaxşı olacağı ilə bağlı vəd verməkdə ittiham ediblər.

Ermənistanın yerli Tert.am nəşrinin yazdığına görə, Ermənistanda hakimiyyətdə olan “Mənim addımım” parlament fraksiyasının təmsilçisi Hayk Gerogyan bir neçə gün əvvəl bu məsələ ilə bağlı deyib ki, yolun həmin hissəsi Ermənistanın beynəlxalq tanınan sərhədləri daxilində deyil.O deyib ki, yolun həmin 21 kilometrlik hissəsi Azərbaycanın beynəlxalq tanınan sərhədləri daxilindədir və razılığa görə, Azərbaycan bu yolu bağlamayacaq.

Bu günlərdə Ermənistanda Azərbaycanla əldə edilmiş gizli razılaşma olduğu iddia edilən sənəd ictimailəşdirilmişdi. Orada göstərilirdi ki, Ermənistan 2020-ci il dekabrın 14-dən etibarən Zəngilan və Qubadlı rayonlarının sərhədyanı ərazilərindən tamamilə çəkiləcək (bu razılaşma artıq yerinə yetirilib,-red.), Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən hissəsində hərəkətin təhlükəsizliyinə Rusiyanın iştirakı ilə zəmanət veriləcək.

Qeyd edək ki, həmin 21 kilometrlik yolun bir hissəsi sovet dövründə çəkilib, o zaman ittifaq dövlətində yaşayan respublikalar belə məsələlərə elə də önəm vermidilər. İndi isə Ermənistan yolun Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində olduğunu təsdiq etməli olur. Belə olan halda Azərbaycan tərəfinin səlahiyyəti var ki, həmin yol üzərində sərhəd-gömrük nəzarəti tətbiq etsin. Hələlik isə Azərbaycan tərəfi yoldan ermənilərin istifadəsinə müvəqqəti razılıq verib. //Virtualaz.org

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin