
Məşhur vençur fondu Azərbaycan startapları ilə görüşəcək
Türkiyənin "Boğaziçi Ventures" vençur fondunun ekspertləri Azərbaycanda seçilən layihələr ilə gələn həftədən qrafik üzrə onlayn görüşlər keçirəcək.
Valyuta.Az İnnovasiya ə istinadla xəbər verir ki, qeydiyyatdan keçən 51 layihədən 13-ü A və B kateqoriyasına düşən startaplar olub.
Həmin 13 startapdan 4-ü müvafiq qaydada yoxlamalardan keçərək sonuncu mərhələyə keçid əldə ediblər.
Qeyd edək ki, "Boğaziçi Ventures" şirkəti öz investisiya fondları vasitəsilə texnoloji müəssisələrə sərmayə yatırmaqla, onların beynəlxalq bazarlarda inkişafını təmin edir.
İnnovasiyalar Agentliyinin tərtib etdiyi startap təsnifatlandırılmasından keçərək A və B kateqoriyalarına təyin olunan bütün startaplar "Boğaziçi Ventures" fondunun Azərbaycandakı startapların inkişafı üçün ayırdığı 5 mln. ABŞ dolları həcmində olan investisiya fonduna müraciət edə bilər.
Startaplara investisiya qərarı beynəlxalq standartlar çərçivəsində "Boğaziçi Ventures"un daxili qiymətləndirmə siyasətinə əsasən verilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay