BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
7642

Azərbaycanda təqribən bir il əvvəl – mart ayında baş verən dollar ajiotajı səngisə də, investorların və əlində sərbəst vəsaiti olanların bir hissəsi pullarını indiyədək dollarda saxlamağa üstünlük verirlər.

Ona görə də hazırda bazarda dollar vəsaitlərini saxlamaq üçün alətlərə maraq artıb. Bunlardan ən etibarlısı bank əmanəti və dollar istiqrazlarıdır.
Bütün yatırımlarda olduğu kimi, dollar yatırımlarında da diqqət yetirilən əsas məqamlar - yatırımın etibarlılığı və mümkün qədər çevik şəkildə pula çevrilməsi imkanı, yəni likvidliyidir.

Valyuta.Az fed.az-a istinadla hazırda Azərbaycanda dolları olanların vəsaitlərini yatıra biləcəyi variantları təqdim edir. Beləliklə...

«AzerGold» QSC istiqrazları – illik 4% gəlir

Azərbaycanın qızıl operatoru - «AzerGold» QSC istiqraz bazarına bir neçə ay əvvəl daxil olıb. Şirkət hər dəfə 10 milyon dollar olmaqla sentyabr və noyabr aylarında ümumilikdə 20 milyon dollarlıq qiymətli kağız buraxıb. Bir istiqrazın qiyməti 100 dollardır.

3 illik müddətə buraxılan istiqrazların elan edilmiş illik gəlirliyi 4% olsa da, hərracda böyük tələb nəticəsində yerləşdirilmiş gəlirlilik illik 3,5% ətrafında olub.

Dövlət şirkəti, üstəlik valyutaya satılan qiymətli metallar biznesinin operatoru olması «AzerGold» QSC-nin istiqrazlarını etibarlı yatırım alətinə çevirir.

«PAŞA Yatırım Bankası» istiqrazları - illik 2,95% gəlir

«Paşa Holdinq»in nəzarətində olan və Türkiyədə fəaliyyyət göstərən «PAŞA Yatırım Bankası»nın istiqrazları 2018-ci ilin iyununda buraxılıb. Əslində bu kağızların buraxılmasını ölkə biznesi və maliyyə bazarı demək olar ki, hiss etməyib. Bu da təbiidir – 25 milyon dollarlıq istiqraz bir investor tərəfindən alınıb. Yəni adi invsetorlar onu istəsələr də ala bilməyəcəklər. Üstəlik qiymətli kağızların illik gəlirliyi olduqca aşağı idi – illik  2,95%. Həmin vaxt bazarda daha gəlirli dollar istiqrazları vardı və ona görə də «Paşa Yatırım Banka»sının kağızları maraq oyatmadı. Bu istiqrazlarda diqqəti çəkən yeganə məqam – faizlərin hər ay ödənilməsidir. 3 il 3 aylıq müddətə buraxılan istiqrazların dövrü bu ilin sentyabrında başa çatacaq.

SOCAR istiqrazları (köhnə) – illik 5% gəlir

Dövlət Neft Şirkətinin (SOCAR) dollar istiqrazları buraxması daxili qiymətli kağızlar bazarı üçün böyük hadisə olmuşdu. 2016-cı ilin oktyabrında dövriyyəyə buraxılan istiqrazlar həmin vaxt üçün dollarda böyük gəlir – illik 5% təklif edirdi. Üstəlik, biznes gəlirlərinin böyük hissəsinin valyutada daxil olması ölkənin ən böyük şirkətinin istiqrazlarını etibarlı və investorlar üçün cəlbedici edirdi. Amma bu istiqrazların müddəti artıq bitir – bir neçə aydan sonra, 2021-ci ilin oktyabrında istiqraz sahiblərinin pulları qaytarılacaq.

SOCAR istiqrazları (yeni) - illik 4,5% gəlir

Dövlət Neft Şirkətinin (SOCAR) ikinci istiqraz buraxılışı 2021-ci ilin fevralına nəzərdə tutulur. Şərtlər demək olar ki, əvvəlki kağızlarda olduğu kimidir: buraxılışın həcmi 100 milyon dollar, müddəti 5 il, bir istiqrazın nominal qiyməti 1000 dollar. Amma iki müzhüm fərq var – istiqrazların illik gəlirliyi əvvəlkindən daha aşağı, 4,5% nəzərdə tutulur. Üstəlik, bu istiqrazlarda geri alma zəmanəti də nəzərdə tutulmayıb. İstənilən halda SOCAR-ın etibarlığınə nəzərə alanda istiqrazlara da marağın yüksək olacağı gözlənilir.

«SOCAR Polymer Invesment» istiqrazları – illik 5% gəlir

Hələlik ölkədə ən böyük həcmdə dollar istiqrazı «SOCAR Polymer» tərəfindən buraxılıb. 200 milyon dollarlıq istiqrazlar illik 5% gəlirliliklə buraxılıb. Amma bu kağızların buraxılışında adi investorlar demək olar ki, iştirak etməyiblər. «SOCAR Polymer Invesment»in istiqrazları yalnız 8 banka satılıb. Böyük ehtimalla bu istiqrazların qüvvədə olduğu müddətdə adi investorların onları alması ehtimalı minimum olacaq.

«İnvestAz» QSC istiqrazları - illik 6% gəlir

Azərbaycanın qiymətli kağızlar bazarının aktiv oyunçularından olan «İnvestAz»ın dollar istiqrazları hazırda dollar sahiblərinə ən yüksək gəlir gətirən alətdir – illik 6%. Yenidən investisiya imkanını da nəzərə alanda illik gəlir ümumiyətlə 6,14%-dək arta bilər. Bu hazırda Azərbaycanda dövriyyədə olan  ən yüksək faizli istiqrazdır. 2020-cu ilin sonunda buraxılan istiqrazların tədavül müddəti 3 ildir, faizlər isə 3 aydan bir ödənilir. Bir istiqrazın qiyməti 1000 dollardır. «İnvestAz»ın istiqrazlarının digər mühüm üstünlüyü onların geri alınması imkanıdır – şərtlərə görə, istiqraz sahibi 6 ay sonra bu istiqrazları satmaq istəsə, İnvestAZ həmin günədək istiqrazların faizini ödəməklə kağızlara geri almağa hazırdır. Qeyd edək ki, bundan əvvəl «İnvestAz» 2 dəfə dollar istiqrazlarını uğurla yerləşdirib.

Bankların dollar əmanətləri – illik 0,5-2,5% gəlir

Ölkə banklarının dollar əmanətləri öz gəlir səviyyəsi və yatırım çevikliyinə görə, dollar istiqrazları ilə rəqabətdə uduzurlar. Əmanət bazarındakı son vəziyyətə görə, bankların əksəriyyəti dollar əmanətini 0,5%-lə qəbul edir. Yalnız bir neçə bankda faizlər 2-2,5% arasındadır. Əslində bankların özləri də dollarla əmanət qəbul etməyə maraq göstərmirlər. Bu da təbiidir, çunki qəbul edilən dolları kredit kimi yerləşdirmək asan deyil (dollarla krediğt götürmək istəyən sahibkarlar azdır). Üstəlik bəzi banklar əmanət kimi qəbul etdikləri dolları sonradan özləri yuxarıda sadalanan istiqrazlara yatırırlar.

İstiqrazların idarə olunması imkanı da dollar əmanətləri ilə müqayisədə daha çevikdir. Məsələn, geri alma qaydası olan istiqrazları rahatlıqla zərərsiz formada pula çevirmək mümkündür. Banklarda isə dollar əmanətinin hətta bir hissəsinin vaxtından əvvəl geri götürülməsi bütün əmanət faizlərinin itirilməsi ilə nəticələnə bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ölkədəki ödəniş kartlarının sayı 20 milyonu ötüb

Ən ucuz elektromobillər hansı ölkədən gətirilib? - 3 mindən 600 minə..

Qeyri-neft sektoru ixracda neft-qaz sektorundan 8.8 dəfə geridədir

Əbülfəs Qarayev ötən il Rusiyada balıq biznesindən 147 milyon rubl gəlir əldə edib

Azərbaycanın smartfon ixracı - 1 ədədi 2100 manatdan

Azərbaycanın smartfon ixracı - 1 ədədi 2100 manatdan

Britaniya nəhəngi ABŞ-yə ixracı dayandırır

Turizm Agentliyinin “hökm”ü hazırlanır

Sabiq nazir: "İsfəndiyar bir evi beş adama satdığı kimi, elə bilir diplom da satılır"

Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR

Möhbalıyevin icra başçısının müavini işləyən qardaşı işdən çıxarıldı

Adı tenderlərdən çıxarılan şirkətin 13.5 milyondan çox borcu var

Bakı Konqres Mərkəzində texniki problem yaranıb, tədbirlər dayandırılıb

Çindən 11 manata gələn məhsul, Honkonqdan 680 manata gəlib

Süni intellekt təhsil prosesində

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin