
\"500 Startap\" yarışında 18-25 komanda formalaşdırılacaq - AÇIQLAMA
"Məlum olduğu kimi, ötən il Vətənşalara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Amerikanın "500 Startap" vençur şirkəti ilə müqavilə imzalanıb. Hər iki qurum arasında, həm anlaşma memorandumu, həm də müvafiq iki proqram üzrə müqavilələr imzalanıb. Ümidvarıq ki, həyata keçirilən proqramlar Azərbaycanda yeni startapların beynəlxalq rəqabətə davamlı olmasına, innovativ startapların meydana gəlməsinə dəstək olacaq. Proqramın əsas məqsədi yeni startap təsisçiləri üçün müvafiq bilik və bacarıqların verilməsidir. Onlar, həm nəzəri, həm də praktiki biliklərlə təmin olunacaqlar. "500 Startap" şirkətinin mentorları ilə birgə layihələr üzərində çalışacaqlar".
Valyuta.Az xəbər verir ki, bunu Vətənşalara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müşaviri Azər Bayramov deyib.
Azər Bayramov bikdirib ki, proqram iki hissədən ibarət olacaq: "Birinci hissə startap layihələrinin yaranmasına həsr olunub. Bu gündən artıq qeydiyyata başlanılıb. Limitsiz sayda iştirakçı qeydiyyatdan keçərək, proqramda iştirak edə bilər. Növbəti mərhələdə artıq həmin iştirakçılardan komanda formalaşdırılacaq, təxminən 18-25 komanda təşkil olunacaq. 50-dən artıq iştirakçının qatılması gözlənilir. İkinci mərhələdə formalaşmış startaplardan 10-u növbəti üçüncü mərhələyə keçəcək. Üçüncü və dördüncü mərhələdə artıq prototiplərin üzərində işləmə, onları inkişaf etdirmə, bazarı öyrənmə olacaq. İştirakçılar mentorların dəstəyi ilə öz layihələrini inkişaf etdirəcəklər. Sonda isə demo day təşkil olunacaq. Həmin layihələr, həm beynəlxalq, həm də yerli investorlara təqdim olunacaq".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay