Statistika
13.02.2021 / 14:12
Azərbaycanda geyim və ayaqqabı satışları azalıb
7559
Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 495,2 mln. manat dəyərində toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 10,1% azalıb. Ötən ilin dekabr ayı ilə müqayisədə isə geyim əşyalarının istehlakı 27,9% azalıb.
Qeyd edək ki, yanvar ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 15,7%-i toxuculuq məhsullarının, geyim və ayaqqabıların alınmasına sərf olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay